Ekspertlərdən "Rusiya neftinə tavan qiyməti" planı barədə xəbərdarlıq
Qərb liderlərinin Rusiya neftinə tavan qiymət tətbiq etmək planını qiymətləndirən enerji ekspertləri bu planı praktikada həyata keçirməyin çətin olduğunu və Rusiyanın cavab tədbirləri görəcəyi təqdirdə qiymətlərin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər.Ötən həftə G-7 ölkələri ABŞ prezidenti Co Baydenin təklifi ilə Rusiya nefti üçün tavan qiymət tətbiqinə başlayacaqlarını açıqlamışdılar. Lakin CNBC-yə danışan enerji analitikləri bunun mümkün olduğunu düşünmürlər.
Marja xəbər verir ki, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan ibarət G-7 ötən həftə Almaniyanın ev sahibliyi ilə Bavariya əyalətində görüşmüşdülər. Sammitdə qəbul edilən qərarlardan biri də Rusiyanın neft gəlirlərini azaltmaq və istehlakçının yükünü yüngülləşdirmək üçün Rusiya neftinə tavan qiymətinin tətbiq edilməsi olub. Rusiya neftinə 50-60 dollar/barel limitinin tətbiqi gündəmdədir.
Sanksiyalardan əvvəl G-7 ölkələri neftin 25 faizini Rusiyadan idxal edirdilər. Bu satınalmaların kəsilməsi Rusiyaya iqtisadi zərər vura bilər, lakin Rusiyanın yanacaqlarından asılı olan Avropa İttifaqı ölkələri üçün bu çox çətindir.
Enerji analitiklərinin fikrincə, əsas ölkələr plana daxil edilməsə, plan əks nəticə verə bilər və bunun üçün vaxt daralır. Müstəqil neft analitiki Neil Atkinson deyib: "Bu proqram yalnız bütün əsas istehsalçılar və istehlakçılar birlikdə çalışsa və planı həyata keçirmək üçün bir yol tapılsa işləyə bilər".
Fakt budur ki, Çin və Hindistan Rusiya neftinin ən böyük istehlakçıları (alıcıları) sırasındadır. O qeyd edib ki, Çin və Hindistan Rusiya xam neftinin endirimli qiymətlərindən böyük fayda əldə edib.
“Rusiya neft və qaz tədarükü ilə oynaya bilər”
Atkinson, “Bir şey olarsa, Rusiya oturub gözləmir. O, neft və hətta qaz tədarükünü manipulyasiya edə və G-7-ni çətin vəziyyətə sala bilər. Ona görə də planın ümidsiz plan olduğunu düşünürəm”, - deyə o bildirib.
"Energy Aspects"in həmtəsisçisi və tədqiqat direktoru Amrita Sen, “Onlar bu barədə ətraflı düşünmədilər, Hindistan və Çinlə danışmayıblar. Düşünürük ki, Rusiya buna cavab verəcək. Bu, nəzəri cəhətdən çox yaxşı ideyadır, amma praktikada heç bir nəticə verməyə bilər”,- deyib.
"Rystad" enerji tədqiqat firmasının baş vitse-prezidenti Klaudio Qalimbertinin fikrincə, sığorta qiymət tavanını tətbiq etməyin birbaşa yoludur.
Londondakı Beynəlxalq Qoruma və Təzminat Klubları Qrupunun dünya neft daşıma gəmilərinin 95%-ni sığortaladığını qeyd edən Qalimberti, "Qərb ölkələri qiymət tavanı tətbiq edə və alıcıların qiymət limitindən aşağı qiymətlərə satın alması halında sığortaya icazə verə bilər" deyib.
Qalimbertinin sözlərinə görə, böyük ehtimalla Rusiya aşağı qiymətlərə xam neft satmaqdan imtina edəcək.
Qlobal investisiya bank "JPMorgan" proqnozlaşdırır ki, ABŞ və müttəfiqlərinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq cəhdləri nəticə versə və Rusiyanın neft ixracı 5 milyon barel azalarsa, neft qiymətləri 380 dollar/barelə qədər yüksələ bilər.
Bankın hesabatda, "G7-nin Rusiyanın neft gəlirlərini azaltmaq hədəfi çərçivəsində, neft qiymətlərinə 50-60 dollar/barel limitinin tətbiqi Rusiyanın neft axınına davam edəcəyi təqdirdə işə yaraya bilər. Rusiya özünün iqtisadi maraqlarına zərər vurmamaq üçün neft hasilatını təxminən 5 milyon barel/gün azalda bilər. Bu baş verərsə, neftin qiymətləri "kosmosa" qalxacaq".
JPMorgan-a görə, neft tədarükü sutkada 3 milyon barel azalarsa Brent markalı neftin qiyməti 190 dollar/barel, neft tədarükü sutkada 5 milyon barel azalarsa 380 dollar/barel ola bilər.
Rusiya xəbərdarlıq edib ki, qiymət tavanı tətbiq etmək cəhdi enerji bazarına zərər verə və əmtəə qiymətlərini daha da yüksəldə bilər. Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, qərb liderlərinin qiymətləri məhdudlaşdırmaq ideyasını bazardakı sabitliyi pozacaq müdaxilə kimi görürlər. Novak bildirib ki, Rusiya Asiya bazarlarına yönəldilmiş xam neft sayəsində sanksiyalardan əvvəlki neft hasilat səviyyəsinə qayıda biləcəyinə əmindir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























