7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Avropa Personal Seçilməsi Ofisi (EPSO -European Personnel Selection Office) 7 illik fasilədən sonra yenidən imtahan prosesini başladır. Marja xəbər verir ki, Brüsseldə yerləşən Avropa Komissiyasında 1490 ehtiyat (rezerv) və 750 daimi vəzifə üzrə müraciətlər qəbul edilir.
Başlanğıc maaş 6 758 avrodur
Aylıq 6758 avro başlanğıc maaş və uzunmüddətli iş təminatı ilə təqdim olunan vəzifələr üçün 50–60 min arası müraciət gözlənilir. Namizədlərin isə 3%-dən az hissəsinin işə qəbul ediləcəyi proqnozlaşdırılır.
İmtahan məntiqi düşüncə, AB üzrə biliklər, rəqəmsal bacarıqlar və siyasət sənədlərinin hazırlanması sahələrində onlayn testlərdən ibarətdir.
Kadr yenilənməsi dövrü
Avropa Komissiyasında bir çox yüksək vəzifəli şəxsin pensiya yaşına yaxınlaşması fonunda qurumlar, xüsusilə rəqəmsal bacarıqların gücləndirilməsinə diqqət yetirir. İmtahan prosesi Komissiyanın Prezidenti Ursula von der Leyen-in yeni nəsil kadrların hazırlanmasına fokuslandığı dövrə təsadüf edir.
Kimlər müraciət edə bilər?
EPSO imtahanına Avropa Birliyinə üzv ölkələrinin vətəndaşları müraciət edə bilər. Müraciətlər 10 mart tarixinədək davam edəcək, uğur qazanan namizədlər isə 2 il ərzində işə başlaya biləcəklər.
Namizədlərdən ən azı bir AB rəsmi dilini yüksək səviyyədə bilmələri, həmçinin müvafiq vəzifə üzrə təhsil və təcrübə tələblərini ödəmələri tələb olunur.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
25 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 30 d. əvvəl
-
-
36 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
41 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb



















.jpg)





