İranın Azərbaycandakı bankı 2021-ə mənfəətlə başlayıb
"Bank Melli İran" Bakı filialı 2021-ci ilin 1-ci rübünü (yanvar-mart) 614 min 423 manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "Bank Melli İran" Bakı filialı 2020-ci ilin 1-ci rübünü 234 min 172 manat xalis mənfəəət ilə bağlamışdı. Beləliklə, filialın xalis mənfəəti 2,6 dəfə artıb.
Marja xəbər verir ki, ilk rübdə Bankın faiz gəlirləri 784 min 363 manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 375 min 650 manat, haqq və komissiya gəlirləri 35 min 37 manat təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 655 min 656 manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 127 min 274 manat, haqq və komissiya gəlirləri 46 min 925 manat təşkil etmişdi.
GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
2021-ci ilin yanvar-mart dövründə Bank Melli İran Bakının cəmi əməliyyat gəlirləri 1 milyon 198 min 303 manata, cəmi əməliyyat xərcləri 583 min 877 min manat, əməliyyat mənfəəti 614 min 426 manat təşkil edib. Filial ilk rübdə mənfəət vergisi ödəməyib. 2020-ci ilin eyni dövründə Bank Melli İran Bakının cəmi əməliyyat gəlirləri 830 min 315 manat, cəmi əməliyyat xərcləri 590 min 636 manat, əməliyyat mənfəəti 239 min 679 manat təşkil etmişdi. Filial həmin ilin ilk rübündə 5 min 757 manat mənfəət vergisi ödəmişdi.
AKTİVLƏRİ 100 MİLYON MANATI KEÇİB
31 Mart 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 101 miylon 161 min manat cəmi aktivlərə, o cümlədən 6 milyon 99 min manat kredit portfelinə malik olub. Filial ötən ilin sonunda 93 milyon 699 min manat cəmi aktivlərə, o cümlədən 5 milyon 222 min manat kredit portfelinə malik idi.
Bank Melli İran Bakı Filialının səhmdarı (100%) İran İslam Respublikasına məxsus “Bank Melli İran”dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi





















