Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb

AzVak-mobil_resmin_ustu_31
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qubada keçirilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə, fermerlərdən biri təsərrüfat sahəsinin su altında qaldığını, lakin sığorta şirkətinin dəyən zərəri ödəmədiyini bildirərək narazılığını ifadə edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev məsələ ilə bağlı çıxış edərək hər hansı qurum və ya institut haqqında ümumiləşdirilmiş şəkildə belə fikirlər səsləndirməyin düzgün olmadığını bildirib.

O qeyd edib ki, konkret fakt və əsaslar olduğu halda məsələ araşdırılmalıdır.

Z.Nağdəliyev fermerə müraciət edərək şikayətini yazılı şəkildə təqdim etməsini istəyib və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılacağını bildirib: "Əgər konkret problem varsa, onu yazılı şəkildə təqdim edin, araşdıraq və məsələyə baxılsın".

Bununla yanaşı, Z.Nağdəliyev fermer və sahibkarları aqrar sığortadan daha fəal istifadə etməyə çağırıb.

"Təbii fəlakətlər və digər risklər qarşısında təsərrüfatların qorunması üçün sığorta vacib alətlərdən biridir. Sahibkar risklərlə üzləşəndə tək qalmamalıdır. Dövlət bu sahədə bütün imkanları yaradıb. Ona görə də fermerlər və sahibkarlar sığortalanmalı, sığorta sisteminin təqdim etdiyi imkanlardan maksimum yararlanmalıdırlar".

İş elanları AzVak.az-da

© "Report"

16.06.2026 15:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19