SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
SpaceX süni intellekt əsaslı kodlaşdırma aləti Cursor-un yaradıcısı Anysphere-i 60 milyard dollarlıq qiymətləndirmə əsasında satın almaq üçün razılıq əldə etdiyini açıqlayıb.İlon Maskın kosmos, aerokosmik və süni intellekt sahələrində fəaliyyət göstərən şirkəti SpaceX, süni intellekt dəstəkli kodlaşdırma aləti Cursor-un yaradıcısı Anysphere-i 60 milyard dollarlıq qiymətləndirmə əsasında satın almaq üçün razılığa gəldiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkət sözügedən satınalma əməliyyatı ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məlumat təqdim edib.
Məlumatda qeyd olunub ki, razılaşma çərçivəsində SpaceX-in törəmə şirkəti X67 Anysphere ilə birləşəcək və əməliyyat başa çatdıqdan sonra Cursor tam olaraq SpaceX-ə məxsus törəmə şirkət kimi fəaliyyətini davam etdirəcək.
Anysphere-in öz kapitalı üzrə dəyərinin 60 milyard dollar olaraq qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, birləşmə qüvvəyə mindikdən sonra şirkətin dövriyyədə olan adi və imtiyazlı səhmləri avtomatik olaraq SpaceX-in A sinifli adi səhmlərinə çevriləcək.
Bildirişdə əməliyyatın müvafiq tənzimləyici və hüquqi təsdiqlərin alınmasından asılı olduğu vurğulanıb. Birləşmənin 2026-cı ilin üçüncü rübündə tamamlanmasının gözlənildiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
18 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
35 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 52 d. əvvəl
-
58 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























