GünayBankın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
GünayBankın müştərilərə verdiyi kreditlər, gəlirləri və xalis mənfəəti artıbAzərbaycanın ən qocaman banklarından biri olan “GünayBank” ASC 2020-ci ilin 1-ci rübünü 1 milyon 76 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə GünayBankın xalis mənfəəti 2,8 dəfə artıb. Belə ki, Bank ötən ilin ilk rübünü 390 min manat xalis mənfəətlə bağlamışdı.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə GünayBankın cəmi əməliyyat gəlirləri 5 milyon 771 min manat, cəmi əməliyyat xərcləri isə 4 milyon 63 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 708 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 632 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb və GünayBank ilk rübü 1 milyon 76 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə GünayBankın cəmi əməliyyat gəlirləri 4 milyon 359 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 878 min manat, əməliyyat mənfəəti 481 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 91 min manat ayırdığından mənfəət 390 min manata düşmüşdü.
GƏLİRLƏR ARTIB
2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə GünayBankın faiz gəlirləri 311 min manat və ya 11% artaraq 3 milyon 129 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 101 min manat və ya 71,4% artaraq 2 milyon 260 min manat təşkil edib.
2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə GünayBankın faiz xərcləri 258 min manat və ya 12,5% azalaraq 1 milyon 803 min manat, qeyri-faiz xərcləri isə 443 min manat və ya 24,4% artaraq 2 milyon 260 min manat təşkil edib.
Beləliklə, GünayBankın cəmi gəlirlərinin 1 milyon 412 min manat artmasına qarşılıq cəmi xərcləri 185 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması Bankın xalis mənfəətinin də artmasına səbəb olub.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
2020-ci ilin ilk 3 ayında GünayBankın cəmi aktivləri 20 milyon 468 min manat və ya 9,5% artaraq 31 Mart 2020-ci il tarixində 236 milyon 224 min manat, o cümlədən, müştərilərə verilən kreditlər isə 16 milyon 199 min manat və ya 10,2% artaraq 175 milyon 115 min manat təşkil edib. 2019-cu ilin sonunda GünayBankın cəmi aktivləri 215 milyon 756 min manat, müştərilərə verilən kreditlər isə 158 milyon 916 min manat təşkil etmişdi.
İlk rübdə GünayBankın biznes kreditləri portfeli 340 min manat artaraq 116 milyon 837 min manata, daşınmaz əmlak kreditləri 16 milyon 147 min manat və ya 40,5% dəfə artaraq 56 milyon 42 min manata yüksəlib.
BANKDA HESABLARDAKI VƏSAİT ARTIB
İlk rübdə GünayBankda depozitlər 14 milyon 470 min manat və ya 17,7% artaraq 31 Mart 2020-ci il tarixində 96 milyon 39 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 14 milyon 431 min manat artaraq 78 milyon 732 min manata çatıb. Hüquqi şəxslərin depozitləri təxminən dəyişməz qalıb.
MƏCMU KAPİTAL ARTIB
31 Mart 2020-ci il tarixində GünayBank 65 milyon 371 min manat məcmu kapitala malik olub. Məcmu kapital ötən ilin sonuna nisbətən isə 1 milyon 193 min manat və ya 1,8 % artıb.
“Günay Bank” ASC ölkənin ən qədim kommersiya banklarından biri olaraq 1992-ci ildən fəaliyyət göstərir. Hal-hazırda Günay Bankın nəzdində Müştəri Xidmətləri Departamenti, 7 filial, 7 şöbə və 4 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)











