ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
ʺBank Melli İranʺ Bakı filialı 2026-cı ilin ilk rübünü (yanvar-mart) 1 milyon 328 min manat xalis mənfəət ilə başa vururb.
Marja.az xəbər verir ki, filial 2025-ci ilin eyni dövrünü 1 milyon 529 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti 201 min manat və ya 13,1% azalıb. Xalis mənfətin azalması gəlirlərin azalması və xərclərin artması ilə əlaqədardır. Xüsusilə, filial xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi və xarici valyuta əməliyyatları üzrə zərər edib.
Cari ilin ilk rübündə ʺBank Melli İranʺ Bakı filialının faiz gəlirləri 1 milyon 355 min manat, haqq və komissiya gəlirləri 2 min 80 manat, digər gəlirlər 367 min manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəlir 481 min manat təşkil edib. Eyni zamanda aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan 575 min manat qayıdıb.
2026-ci ilin yanvar-mart dövründə ʺBank Melli İranʺ Bakı filialının cəmi gəlirləri 1 milyon 933 min min manat, cəmi xərcləri 605 min 348 min manat təşkil edib. Ötən ilin eyni dövründə Filialın cəmi gəlirləri 2 milyon 10 min manat, cəmi xərcləri 481 min manat təşkil etmişdi.
31 Mart 2026-cı il tarixində ʺBank Melli İranʺ Bakı filialının cəmi aktivləri 121 milyon 80 min manat təşkil edib. Filial ötən ilin sonunda 120 milyon 291 min manat cəmi aktivlərə malik idi. İlk rübdə ʺBank Melli İranʺ Bakı filialının qiymətli kağızlara investisiyaları 3,5 dəfə artaraq 75 milyon 413 min manata yüksəlib.
31 Mart 2026-cı il tarixində ʺBank Melli İranʺ Bakı filialının cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 66 min manat təşkil edib (2025-ci ilin sonunda: 2 milyon 309 min manat).
31 Mart 2026-cı il tarixində ʺBank Melli İranʺ Bakı filialın 72 milyon 118 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




