970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI

AzVak-mobil_resmin_ustu_31
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair aylıq təhlillərin əhatə dairəsini genişləndirib.

Marja xəbər verir ki, ki, ilk dəfə olaraq mobil operatorlar üzrə median internet sürəti göstəricilərini əks etdirən ayrıca hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Yeni hesabatda mobil internet göstəriciləri iqtisadi rayonlar üzrə də təqdim edilir. Təhlillər müasir mobil cihazlar (Modern Chipsets) filtri əsasında formalaşdırılıb və istifadəçi təcrübəsinin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.

Hesabata görə, ən yüksək sürətli mobil internet Azercell-dədir - 111.4 Mbps. İkinci yerdə Bakcel (81.3 Mbps), 3-cü yerdə isə Nar qərarlaşıb (75.4 Mbs).

Daha ətraflı buradan tanış ola bilərsiniz.

İş elanları AzVak.az-da

İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı da ilk dəfə regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunub.

Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq və bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.

Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Bununla da İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumat əsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.

Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:

- sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;

- mobil internet xidmətləri üzrə median sürət təhlili;

- internet xidmətləri üzrə şikayət indeksi;

- operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;

- poçt xidmətləri üzrə şikayət indeksi;

- poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.

Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumat əsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.

İş elanları AzVak.az-da

ikt internet sürət hesabatı azərbaycanda mobil internet sürəti 2026 azercell ən sürətli internet 111.4 mbps bakcell internet sürəti 81.3 mbps nar mobil internet 75.4 mbps azərbaycanda mobil operatorlar müqayisə ikta internet keyfiyyət göstəriciləri azərbaycanda internet sürəti statistikası median internet sürəti hesabatı azərbaycan mobil internet operatorlar reytinqi azərbaycan azərbaycanda telekommunikasiya sektoru 2026 regionlar üzrə internet sürəti azərbaycan genişzolaqlı internet xidmətləri azərbaycan sabit internet sürəti təhlili azərbaycan azərbaycanda internet keyfiyyəti ölçülməsi internet xidmətləri şikayət indeksi azərbaycan operator xidmət keyfiyyəti hesabatı azərbaycan azərbaycanda rəqəmsal infrastruktur inkişafı telekommunikasiya monitorinq sistemi azərbaycan ikta aylıq hesabat internet azərbaycanda mobil operator reytinqi marja.az telekommunikasiya xəbərləri marja.az texnologiya xəbərləri azərbaycanda internet xidmətləri analizi
20.05.2026 16:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19