Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Xəbər verildiyi kimi, "PAŞA Bank" ASC nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır.
Marja.az-ın məlumatına görə, "PAŞA Bank" tərəfindən səhmlərin ilkin yerləşdirmə qiymətini və abunə yazılışı müddətini elan edilmişdir. İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq. Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təklif olunacaqdır.
Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib (nominal qiyməti 20 manatdır - red), minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir.
Beləliklə, "PAŞA Bank" 932 min 926 ədəd yeni səhmini satmaqla 51 milyon 311 min manat cəlb etməyi hədəfləyir.
Hazırda "PAŞA Bank"ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır (Hər birinin nomnal dəyəri 20 manat olan 17 725 590 ədəd səhmdən ibarətdir).
Azərbaycanda özəl qurumlar arasında ilk İPO çərçivəsində "PAŞA Bank" tərəfindən 932916 ədəd səhm emisiya olunub və gözlənilən cəmi səhm sayı 18 658 516 ədəddir.
Əgər yerləşdirmə prosesi ilkin yerləşdirmə qiyməti olan 55 manatdan uğurla yekunlaşarsa "PAŞA Bank" 51 milyon 311 min manat cəlb edəcək və bazar kapitallaşması 1 milyard manatı keçə bilər (18 658 516 ədəd səhm x 55 manat). Belə bir halda Bankın nizamnamə kapitalı 671 milyon 706 min 680 manat arta bilər.
Abunə yazılışından 5 gün sonra səhmlərin Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsinə başlanacaq, ardınca isə birjada səhmlərin ticarətinə start veriləcəkdir. Bundan sonra səhmlərin qiyməti tələb və təklif əsasında formalaşacaqdır. Qiymət bazar şərtlərindən və bankın gələcək fəaliyyət nəticələrindən asılı olaraq arta və ya azala bilər.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.
Qeyd edilib ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri üzrə gəlir əldə edən fiziki şəxslərin gəlirləri gəlir vergisindən azad edilir.
SƏHMLƏR NECƏ YERLƏŞDİRİLƏCƏK?
Qeyd etdiyimiz kimi təklif qiyməti (1 səhm 55 manat) Emitent (səhmi buraxan təşkilat, "PAŞA Bank") tərəfindən abunə yazılışından əvvəl elan edilib və Bakı Fond Birjasının da rəsmi internet səhifəsində yerləşdirilib.
• Təklif qiymətindən aşağı qiymətlərlə təqdim edilmiş sifarişlər icra olunmayacaqdır.
• Səhmlərin yerləşdirilməsi aşağıdakı bölgü ardıcıllığı üzrə həyata keçiriləcəkdir:
• Hər hansı bölgü kateqoriyası üzrə sifarişlər üzrə artıq tələbin yaranması halında, səhmlərin yerləşdirilməsinə aşağıdakı qaydada üstünlük veriləcəkdir:
1-ci səviyyə: Pərakəndə investorlar (≤ 20,000 AZN):
Hər bir investor üzrə 20,000 AZN -ə qədər abunələr üzrə fərdi investorlara üstünlük veriləcəkdir. Bu kateqoriya çərçivəsində bölgü pərakəndə investorların geniş iştirakını və ədalətli münasibəti təmin etmək məqsədilə, tələb və tətbiq olunan tənzimləyici tələblər nəzərə alınmaqla həyata keçiriləcəkdir. Buna görə də investor 20,000 AZN -dən artıq abunə sifarişi təqdim etdikdə, həmin üstünlük məqsədi üçün yalnız 20,000 AZN -ə qədər olan hissə nəzərə alınacaqdır. Pərakəndə investorlar heç bir məhdudiyyət olmadan rezident və qeyrirezident şəxsləri əhatə edir.
2-ci səviyyə: Pərakəndə investorlar (20,000 AZN-dən artıq) Əgər 1-ci səviyyə üzrə yerləşdirilməyən səhmlər qalarsa (səhmlər tam şəkildə yerləşdirilməzsə), pərakəndə investorların 20,000 AZN məbləğindən yüksək olan sifarişləri yerləşdiriləcəkdir;
3-cü səviyyə: Digər investorlar:
Əgər səhmlər 1-ci və 2-ci səviyyə üzrə tam şəkildə yerləşdirilməzsə, qalıq hissədə digər investorların sifarişləri yerləşdiriləcəkdir. Hər bir mərhələdə (səviyyədə) toplanmış sifarişlərin (tələb) həcmi təklifdən az olarsa, hər bir investorun tələbini tam ödəməklə icra edilir və növbəti səviyyədə (mərhələyə) keçirilir. Hər hansı mərhələdə toplanmış sifarişlərin (tələblərin) həcmi təklifdən çox olarsa, təklif edilən səhmlərin sayının tələb olunan səhmlərin sayına olan nisbəti (əmsal) hesablanır və bu əmsal əsasında sifarişlər icra edilir.
İcra zamanı tam səhm sayının formalaşması üçün yuvarlaqlaşdırmaya ehtiyac olarsa aşağı doğru yuvarlaqlaşdırma aparılır. Bundan sonra yarana biləcək yuvarlaqlaşdırma qalığı, investorların sifarişlərinin icraya qəbul edilmə tarixi və vaxtı (əvvəlinci sifarişdən sonrakına doğru) nəzərə alınmaqla, yaranmış yuvarlaqlaşdırma qalığı bitənə qədər səhmlər bir-bir bölüşdürülməklə icra ediləcəkdir.
Minimal səhmin sayı 1 (bir ) olaraq müəyyən edilir.
Səhmlərin yerləşdirilməsi yuxarıda qeyd olunan bölgü nəzərə alınmaqla, "İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında" Qaydalara uyğun olaraq həyata keçiriləcəkdir.
Yekun yerləşdirmə zamanı yuxarıda əks olunan bölgü ardıcıllığı ilə əhatə olunmayan hallar yaranarsa, Bank tərəfindən kapital bazarının daha da inkişafı prinsipinə xidmət edən məntiq əsasında qərarlar veriləcək.
Əgər sifarişlər tam və ya qismən icra olunmazsa, yerləşdirmə başa çatdıqdan sonra qalan məbləğ 7 (yeddi) iş günü ərzində investorun hesabına geri qaytarılacaqdır.
Abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərini əhatə edəcəkdir. Bu dövrdə investisiya şirkətləri səhmlərə sifarişləri toplayacaqlar. Abunə yazılışı müddəti ərzində səhmləri əldə etmək istəyən investorlar “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-yə müraciət edə bilərlər.
Bir investor üzrə abunə yazılışı edilə biləcək səhmlərin minimum sayı 1 (bir) olaraq müəyyənləşdirilmişdir və maksimum sayı müəyyən edilməmişdir. Bu baxımdan investor bir neçə sifariş təqdim edə bilər.
Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində Emitent və təklif edən şəxs səhmlərin yerləşdirilməsinə başlayacaqdır. Abunə yazılışı başa çatdıqdan sonra 2 (iki) iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini elan etməli və abunə yazılmış şəxslərə bu barədə yazılı bildiriş göndərməlidirlər. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən 7 (yeddi) iş günündən çox olmayaraq davam edəcəkdir.
Səhmlərin “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında yerləşdirilməsinin başlanma və bitmə tarixləri barədə məlumat “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC və Emitent tərəfindən onların rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində elan ediləcəkdir.
Səhmlər üzrə ilk dividend ödənişi 2026-cı ilin iyun ayında gözlənilir (təsdiqdən asılıdır). İl ərzində əlavə dividend ödənişləri də nəzərdən keçirilə bilər.
Qeyd etmək vacibdir ki, yaxın gələcəkdə PAŞA Holding MMC-yə məxsus olan 56.8195% payın həmin Holdingə məxsus “PAŞA Maliyyə Holdinqi” MMC-yə ötürülməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 gün əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 gün əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 gün əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ















.jpg)






