Bank sektoru üzrə yeni məlumatlar açıqlandı
Mərkəzi Bank pul-kredit göstəriciləri ilə bağlı yeni məlumatlar açıqlayıb.
Bank sektoru
31 iyul 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 487, şöbələrinin sayı 92, ATM-lərin sayı 3 min 106 olmuşdur. Bank işçilərinin sayında artım trendi cari ilin iyul ayında da davam etmişdir. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 99 nəfər artaraq 24 min 322 nəfər təşkil etmişdir.
31 iyul 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 89.3 milyon manat, cəmi öhdəlikləri 42 milyard 874.3 milyon manat, balans kapitalı 6 milyard 215 milyon manat olmuşdur.
Kredit portfelinin artımı cari ilin iyul ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1% və ya 265.2 milyon manat artaraq 25 milyard 694.7 milyon manat olmuşdur. Kredit portfelinin strukturu aşağıdakı şəkildədir:
1. biznes kreditləri – 54.2% (13 milyard 910.1 milyon manat);
2. istehlak kreditləri – 30.2% (7 milyard 765.1 milyon manat)
3. ipoteka kreditləri – 15.6% (4 milyard 19.5 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.2%-i və ya 34 milyard 381.3 milyon manat. Depozit portfelinin 60.3%-i (20 milyard 720.3 milyon manat) hüquqi şəxslərin, 39.7%-i (13 milyard 661 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (8 milyard 981.7 milyon manat) milli valyutada, 34.3%-i (4 milyard 679.3 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8 milyard 67.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 milyon manat artaraq ilk dəfə 8 milyard manatlıq həddi keçmişdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 391.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması iyul ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2.7 faiz bəndi azalaraq 33.7% təşkil etmişdir.
2024-cü ilin yanvar – iyul aylarında banklar tərəfindən 682.8 milyon manat xalis mənfəət, 1 milyard 16 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4.2% və 9.1% daha çox). Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 153.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.2% artaraq 35 milyard 452.6 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 78.8 milyon manat azalaraq 2 milyard 519.3 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artmışdır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















