Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı

Dibdərinləşdirmə gəmisinin alışı və işlərinin aparılması məqsədilə birgə şirkət yaradılacaq
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

2 aprel 2026-cı il tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.

Görüş zamanı tərəflər nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihənin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Sözügedən layihənin liman infrastrukturunun keçiricilik qabiliyyətinin təmin edilməsi və iki ölkə arasında ticarət münasibətlərinin genişləndirilməsi üçün mühüm əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində layihə üzrə əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb. Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasıdır.

İş elanları AzVak.az-da

Rəşad Nəbiyev Samruk-Kazına ASC Nurlan Jakupov AZCON Holding Samruk-Kazına Invest MMC Azərbaycan-Qazaxıstan əməkdaşlığı nəqliyyat və logistika liman dibdərinləşdirmə layihəsi liman infrastrukturu iki ölkə ticarət münasibətləri daşımaların inkişafı logistika layihələri liman keçiricilik qabiliyyəti Azərbaycan limanları Qazaxıstan limanları joint venture əmtəə daşımaları korporativ idarəetmə AZCON korporativ idarəetmə dövlət müəssisələrinin idarə olunması maliyyə dayanıqlılığı rəqabət qabiliyyəti artırılması
02.04.2026 11:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19