Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb

AzVak-mobil_resmin_ustu_31
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə ölkəmizdə səfərdə olan Türkiyə maliyyə qurumunun bir qrup  nümayəndəsi ilə görüş keçirib.

Görüş zamanı Kuveyt Türk Portföy Yönetimi A.Ş, Katılım Emeklilik Hayat A.Ş və Türkiye Katılım Sigorta A.Ş şirkətlərinin rəsmilərinə Azərbaycanın kapital bazarı ekosistemində Milli Depozit Mərkəzinin rolu, fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.

Türkiyə nümayəndə heyəti investisiya fondları sahəsində ölkənin təcrübəsini təqdim edərək, bu istiqamətdə gələcək qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib. Tərəflər arasında investisiya fondları üzrə təcrübə mübadiləsi, rəqəmsal infrastrukturun inkişafı, portfel idarəçiliyi sahəsində əməkdaşlıq imkanları və texniki dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin, uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasının, qarşılıqlı fayda əsasında yeni bazar imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

 

03.04.2026 18:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19