Uğursuz insanların yuxu vərdişləri
Yuxu nə qədər keyfiyyətlidirsə, səhər o qədər yenilənmiş şəkildə oyanırıq. Səhər yuxudan durduğumuz rejim bütün günün necə keçəcəyini müəyyənləşdirir. “Marja”, “Business Insider”da yer alan araşdırmaya istinadən xəbər verir ki, səhv yuxu vərdişləri səhhətə pis təsir edir, stressi də artırır.
Yaxşı yuxu vərdişlərini öyrənməyin ən vacib tərəfi iş həyatına müsbət kömək etməsidir. Əgər pis yuxu vərdişləriniz varsa, böyük ehtimalla karyera məqsədlərinizdə müvəffəqiyyət qazana bilməyəcəksiniz. Məhz, çəkinməyiniz lazım olan pis yuxu vərdişləri.

Ertəsi gün üçün plan tutmamaq
Sabahı planlaşdırmaq, yuxudan qalxanda günə hazırlıqlı olmaq üçün mühüm bir amildir. Uğursuz insanlar axşam yalnız yeyib-içib və əylənirlər, ertəsi günü demək olar ki, heç ağıllarına gətirmirlər. Bu hazırsızlıq ertəsi günə əks olunur və yaxşı bir nəticə əldə etməməyinizə gətirib çıxardır.

Ötən günü nəzərdən keçirməmək
Uğursuz insanlar yatdıqlarında ötən günü fikirləşməməyi üstün tuturlar. Təbii ki, keçmiş üçün çox vaxt sərf etmək lazımsızdır, lakin baş verənlərin üzərindən qısa da olsa keçmək edilən səhvləri görməyi təmin edir. Bu səhvləri düzəltmək isə sizi daha mükəmməl biri hala gətirir.

Yataq otağına cihazları aparmaq
Uğursuz insanlar yataqda da telefonla oynayır. "Huffungton Post"un qurucusu bu məsələdə hər kəsə yatmadan öncə ətrafdakı bütün ekranları söndürməyi tövsiyə edir. Texnoloji cihazla birlikdə yatağa getmək həm yuxunu ləngidir, həm də insanın ağlını qarışdırıb yorur.

Daim keçmişi fikirləşmək
Keçmişdə edilmiş səhvləri yatanda təkrar-təkrar düşünmək səhərə qədər yuxunuzun qaçmasına səbəb ola bilər. Səhvləri nəzərdən keçirib düzəltməyə çalışmaq gözəl olsa da, keçmişə çox asılı qalmaq yalnız ertəsi günü "öldürür".

Ertəsi günlə bağlı narahatlıq
Uğursuz insanlar keçmişdəki pis təcrübələrini fikirləşmir, gələcəklə bağlı çox narahatçılıq keçirir. Mühüm bir tədbir yaxınlaşanda həyəcanlanmaq kifayət qədər normal olsa da, hər gecə növbəti günü düşünərək vaxtı itirmək və daim təlaş halında olmaq sonrakı günün həqiqətən pis keçməsinə səbəb ola bilər.

Yatmazdan əvvəl duş qəbul etməmək
Özünüzə diqqət etməyiniz birinci tələbdir. Bir qayda yatmazdan əvvəl dişlərinizi təmizləyin və duş qəbul edin.Öz bədəninizə diqqət göstərmək, eyni zamanda günün bütün stressini ilıq duşla atmaq həm yuxunuzun keyfiyyətini artırır, həm də ertəsi günə daha təzə başlamısınıza kömək olur.

Gecə kofe və spirtli içki qəbul etmək
Yatmaq saatına yaxın içilən kofeinli içkilər həm yuxunu ləngidir, həm də keyfiyyətsiz edir. Xüsusilə spirtli içkilərin sizi yüngülləşdiyini və yatmğa kömək etdiyini düşünürsünüzsə yanılırsınız. Beynəlxalq Səhiyyə Təşkilatına görə, spirtli içkilər yuxunuzun daha yüngül olmasına və daha tez oyanmağınıza səbəb olmaqla bərabər, enerji toplamağa da mane olur.

İşıqlı bir otaqda yatmaq
Yuxunun keyfiyyəti üçün, qətiyyən işıq daxil olan otaqda yatmaq olmaz . Küçədən otağa sızan işıq, TV-dən gələn işıq, ya da yanıb sönən bir işıq yataq otağında olmamalıdır. Yataq otağı tamamilə qaranlıq olmalıdır. Beləliklə, möhkəm yatacaqsınız və yorğunluğunuzu atıb səhər yüksək enerji ilə qalxacaqsınız.

Nizamsız yuxu saatları
Uğursuz insanlar bəzən çox, bəzən isə çox az yatırlar. Yuxu saatı rejimi olmayan insanlar həftə sonları gecədən səhərədək otururlar, həftə içi isə, o yorğunluğu kompensasiya etmək üçün işə gec qalmaq bahasına daha çox yatırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı




















.jpg)

