Qlobal birjalarda və bazarlarda son vəziyyət
Ötən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin, İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarlarından sonra geriləyən dollar indeksi cümə günü Amerikada dərc olunan əmək bazarı, xüsusilə də "NFP" göstəricilərinin proqnozların üzərində açıqlanması fonunda 102.60 bənd hədlərinə qədər yüksəldi. Nəticədə EUR/USD məznnəsi 1.0790, GBP/USD məzənnəsi isə 1.2050 hədlərinə qədər ucuzlaşdı.
Bu həftə İngiltərədə açıqlanacaq ÜDM-in həcmi və FED sədri Jerom Pavelin çıxışı, eləcə də, aparıcı mərkəzi bankların üzvlərinin monetar siyasətin gələcəyi ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftənin cümə günü Amerikada əmək bazarı göstəricilərinin proqnozların xeyli üzərində açıqlanmasından sonra kəskin ucuzlaşan EUR/USD məzənnəsi həftəni 1.0790 səviyyəsində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2050$ hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair göstəricilər həll edici rol oynaya bilər.
TRY
USDTRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USD/TRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.
GOLD
Amerikada əmək bazarı göstəricilərinin dərcindən sonra DXY-ın 102.60 bənd səviyyəsinə yüksəlməsi fonunda qızıl kəskin ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edər və 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
18 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
2 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
3 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Ən çox oxunanlar
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq






.jpg)







.jpg)




