Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir. Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir."Yelo Bank" ASC rəsmi açıqlama yayıb.
Marja.az xəbər verir ki, açıqlamada deyilir.
Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində Yelo Bank-ın da adının yer almasına aydınlıq gətirmək istəyirik.
Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurur. Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir. Hal-hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir.
Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)




.jpg)







