Çip müharibəsi böyüyür - CİDDİ BÖHRAN YARANA BİLƏR
Tayvanın Çin və ABŞ arasında gərginliyin episentri olması çip istehsalını təhdid edir. Tayvan dünya çip istehsalının 63 faizini təmin edir. Ekspertlər gərginliyin artması ilə böhranın daha da dərinləşəcəyindən narahatdırlar.Çin və Amerika arasında Tayvan gərginliyindən sonra çip böhranı yeni mərhələyə keçir.
Marja xəbər verir ki, iki ölkə arasında gərginliyin episentri olan Tayvan dünya çip istehsalının 60 faizini təmin edir. Dünyanın ən böyük iki çip istehsalçısı Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (Taiwan Semiconductor Manufacturing Company -TSMC) və United Microelectronics Corporation (UMC) Tayvanda yerləşir. Təkcə TSMC dünya çip istehsalının 54 faizini qarşılayır.
Amerikanın çip istehsalçısı Microchip Technology şirkətinin vitse-prezidenti Nuri Dağdeviren, dünyanın ən böyük iki çip istehsal zavodunun Tayvanda olduğuna diqqət çəkərək, “ABŞ və Çin arasındakı gərginlik səbəbindən Tayvanda çip istehsalının kəsilməsi ciddi böhran yaradır. İki ölkə arasında Tayvanla bağlı gərginlik dünya üçün pis olacaqdır. Artıq Rusiya-Ukrayna müharibəsi gedir. Artıq bir müddətdir ki, ABŞ və Çin arasında ticari və strateji mübarizə gedir. Çip böhranının kökündə də bu dayanır. İki ölkənin təchizat zəncirləri bir-birinə qarışmışdı. İki ölkə strateji rəqib olduqda, bu proses çip böhranının yaranmasına səbəb oldu. Amma qlobal hadisələri vahid amillə əlaqələndirmək və həll etmək çətindir”.
Çip böhranının bütün sektorları əhatə etdiyini xatırladan Dağdeviren, “Avtomobil və elektronika sektorları üçün istehsal edilən çiplər eynidir. Amma düşünürəm ki, bu böhran başa çatmaqdadır. Böhranın pik nöqtəsi keçilib. Bunun nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Yeni investisiyalar qoyulur. Amma onlar keçən il elan edilmişdir. Onların işə düşməsi iki il çəkəcək, ona görə də bir ildən sonra tədarük daha çox olacaq”.
"Mümkün bir işğalda hər kəs itirəcəkdir"
Tayvanın ən böyük çip istehsalçısı TSMC-nin prezidenti Mark Liu CNN-ə verdiyi müsahibəsində, “Biz qlobal təchizat zəncirlərinə sadiqik. Bir işğal zamanı zavodlarımız çip istehsal edə bilməyəcək. Bu, Çinə də mənfo təsir edəcəkdir. Mümkün bir işğalda hər kəs itirəcəkdir. Rusiya-Ukrayna müharibəsindən dərs çıxarmaq lazımdır. Müharibədən qaçmaq üçün iş görülməlidir. Dünyada iqtisadiyyatının işləməsi üçün səy göstərilməlidir. Hazırda bizim satışlarımızda Çinin payı 10 faizdir. Çin Tayvanı işğal edərsə dünyanın ən böyük çip zavodu qeyri-işlək vəziyyətə düşəcəkdir".
KİM NƏ QƏDƏR ÇİP İSTEHSAL EDİR?
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
31 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 38 d. əvvəl
-
45 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
























