Təhsil xərcləri cüzi artırılır
Azərbaycanın 2022-ci ildə təhsil xərcləri artırılır.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təhsil xərcləri 3 milyard 884 milyon 325 min 660 manatdan 3 milyard 886 milyon 648 min 443 manata çatdırılır.
Bu vəsaitdən məktəbəqədər təhsilə 377 milyon 4 min 282,0 manat, ümumi təhsilə 2 milyard 91 milyon 19 min 320,0 manat, peşə təhsilinə 63 milyon 843 min 628 manat, orta ixtisas təhsilinə 87 milyon 350 min 384 manat, ali təhsilə 60 milyon 254 min 899 manat, əlavə təhsilə 8 milyon 679 min 522 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 milyon 20 min 701 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər 1 milyard 191 milyon 475 min 707 manat ayrılacaq.
Bundan əvvəl ayrılması nəzərdə tutulan 3 milyard 884 milyon 325 min 660 manat vəsaitdən məktəbəqədər təhsilə 376 milyon 858 min 452 manat, ümumi təhsilə 2 milyard 89 milyon 913 min 442 manat, peşə təhsilinə 63 milyon 815 min 386 manat, orta ixtisas təhsilinə 87 milyon 300 min 596 manat, ali təhsilə 59 milyon 987 min 844 manat, əlavə təhsilə 8 milyon 664 min 992 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 milyon 15 min 701 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə 1 milyard 190 milyon 769 min 247 manat vəsait ayrılacaqdı.
Göründüyü kimi məktəbəqədər təhsilə, ümumi təhsilə. peşə təhsilinə, orta ixtisas təhsilinə, ali təhsilə, əlavə təhsilə, təhsil sahəsində tətbiqi tədqiqatlara, təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər artırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
5 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
8 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir











.jpg)










