Azərbaycanda 17 BOKT ötən ili zərərlə başa vurub - ADLARI
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 17-si ötən ili (xalis) zərərlə başa vurub.
“Regional”, “Prior Credit”, “Falcon Finance”, “Gold Finance”, “Azinvestkredit”, “Birkart”, “İnkişaf üçün maliyyə”, “Fintrend”, “Finans İnvest”, “Viza Kredit”, “İDK”, “Union Kredit”, “MJ Financial Services”, “M Bulak”, “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi” və “Kredaqro”dur. Zərərin ən yüksək həddi "Kredaqro”da (1,416 milyon manat), ən aşağı həddi isə "Regional"da (4 min manat) qeydə alınıb.
1 BOKT-un – “Optimal Finance”ın gəlirləri və xərcləri eyni olub.
Qalan 24 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Bu baxımdan ən yüksək göstərici "Embafinans"da (2,829 milyon manat), ən aşağı göstərici isə "Premier Kredit"də (5 min manat) qeydə alınıb.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
***
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 12-si ötən il (xalis) mənfəətini artırıb. Bunlar “Brand Credit”, “International”, “Azmikroinvest”, “Avrasiya-Kredit”, “Asel Kredit”, “PSG Finans”, “Effektinvest”, “City Finance”, “TBC Kredit”, “İdeal Kredit”, “Aqrarkredit” və “Kəpəzdir”. Ən yüksək dinamika “Brand Credit”də (91,7 dəfə), ən aşağı dinamika isə “Kəpəz”də (1,7%) qeydə alınıb.
9 BOKT-un – “Embafinans”, “MCB”, “Finex Kredit”, “Kredit-Servis”, “Qafqaz-Kredit”, “Merkuri”, “FİNKA Azərbaycan”, “Viator Mikro-Kredit Azərbaycan” və “Finoko”nun isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Finoko”da (96,3%), ən az azalma isə “Embafinans”da (13%) qeydə alınıb.
2 BOKT-un – “MF Financial Services” və “Union Kredit”in (xalis) zərəri artıb. Müvafiq olaraq 27,4 dəfə və 3 dəfə.
4 BOKT-un – “Finans İnvest”, “Birkart”, “Falcon Finance” və “Regional”ın isə (xalis) zərəri azalıb. Ən çox azalma “Regional”da (73,3%), ən az azalma isə “Finans İnvest”də (29,7%) qeydə alınıb.
3 BOKT - “Kredex”, “Premier Kredit” və “TCF” 2020-ci ili (xalis) mənfəətlə, 2019-cu ili (xalis) zərərlə, 9 BOKT - “Azərbaycan Mikro-Kredit”, “Azinvestkredit”, “Gold Finance”, “İcraçı Kredit Agentliyi”, “İDK”, “İnkişaf üçün Maliyyə”, “Kredaqro”, “M Bulak” və “Viza Kredit” isə ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, odur ki,bu kredit təşkilatlarının (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
"Renkinq"
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


















.jpg)








