Azərbaycanda 19 BOKT ötən il mənfəət vergisi ödəməyib
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 19-u ötən il mənfəət vergisi ödəməyib.
Bunlar vergiyəqədərki mənfəəti olmayan “Azinvestkredit”, “Birkart”, “Falcon Finance”, “Finans İnvest”, “Fintrend”, “Gold Finance”, “İDK”, “Kredaqro”, “Optimal Finance”, “Prior Credit”, “Regional”, “Union Kredit”, “Viza Kredit”, “İnkişaf üçün maliyyə”, “MJ Financial Services” və “Azərbaycan Mikro-Kredit”, eləcə də vergiyəqədərki mənfəəti olan “Kredex”, “TCF” və “TBC Kredit”dir. Bunlardan isə 4-ü – “İnkişaf üşün maliyyə”, “MJ Financial Services”, “Azərbaycan Mikro-Kredit” və “TBC Kredit” mənfəət vergisi ödəmələrin qənaət edib – 6 min manatdan 127 min manata qədər.
Qalan 23 BOKT isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici “M Bulak”da (1,446 milyon manat), ən aşağı göstərici isə “Premier Kredit”da (0,001 milyon manat) qeydə alınıb.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 14-ü ötən il mənfəət vergisi ödəmələrini artırıb. Bunlar “International”, “Viator Mikrokredit Azərbaycan”, “PSG Finans”, “Aqrarkredit”, “Avrasiya-Kredit”, “Azmikroinvest”, “Asel Kredit”, “MCB”, “City Finance”, “M Bulak”, “Effektinvest”, “İdeal Kredit”, “Embafinans” və “Kəpəzdir”. Ən yüksək dinamika “International”da (6,3 dəfə), ən aşağı dinamika isə “Kəpəz”də (2,3%) qeydə alınıb.
9 BOKT-un – “Finex Kredit”, “Kredit Servis”, “FİNKA Azərbaycan”, “Qafqaz-Kredit”, “Finoko”, “Merkuri”, “Azinvestkredit”, “İDK” və “Kredaqro”nun isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Azinvestkredit”, “İDK” və “Kredaqro”da (100%), ən az azalma isə “Finex Kredit”də (27,9%) qeydə alınıb.
1 BOKT-un – “MJ Financial Services”in mənfəət vergisi ödəmələri üzrə qənaəti 31 dəfə artıb, 1 BOKT-un – “İnkişaf üçün maliyyə”nin isə mənfəət vergisi ödəmələri üzrə qənaət 92,7% azalıb.
9 BOKT - “Birkart”, “Falcon Finance”, “Finans İnvest”, “Gold Finance”, “Kredex”, “Regional”, “TCF”, “Union Kredit” və “Viza Kredit” həm 2020-ci ildə, həm də 2019-cu ildə vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət etməyib. 3 BOKT - “Brand Credit”, “İcraçı Kredit Agentliyi” və “Brand Credit” ötən il vergi ödəsə də, əvvəlki il vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət edib. 2 BOKT - “Azərbaycan Mikro-Kredit” və “TBC Kredit” isə 2020-ci ildə vergi ödəmələrinə qənaət etsə də, 2019-cu ildə vergi ödəyib. Odur ki,bu kredit təşkilatlarının ödədiyi/qənaət etdiyi mənfəət vergisinin dinamikasını hesablamaq mümkün olmayıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)

















