Düşmən Naxçıvanı atəşə tutdu - YARALI VAR
Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulubAzərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
"Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 34 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





.jpg)






.jpg)






