Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İrandan ABŞ-a yeni təklif

İranın, Hörmüz Boğazının yenidən açılması və müharibənin dayandırılmasını əhatə edən yeni bir təklif irəli sürdüyü, nüvə danışıqlarının isə daha sonrakı mərhələyə təxirə salınmasını təklif etdiyi bildirildir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan ABŞ-a yeni təklif
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ-li bir rəsmi və mövzuya yaxın iki mənbəyə görə, İran Hörmüz Boğazının yenidən açılması və müharibənin dayandırılmasına dair yeni bir təklifi ABŞ-a çatdırıb.

Marja.az xarici mətbuata istinadən xəbər verir ki, təklifdə nüvə danışıqlarının növbəti bir mərhələyə saxlanılması nəzərdə tutulur.

Axios-un xəbərinə görə diplomatik proses "tıxanıb" və İran rəhbərliyi daxilində nüvə güzəştləri ilə bağlı fikir ayrılıqları mövcuddur. Sözügedən təklifin bu anlaşmazlığı aşaraq daha sürətli bir həll hədəflədiyi qeyd olunur.

Lakin ekspertlərə görə, boğazın açılması və blokadanın aradan qaldırılması ABŞ Prezidenti Donald Trampın İran üzərində ən mühüm təzyiq vasitələrindən birini ortadan qaldıra bilər. Vaşinqtonun hədəfləri arasında İranın zənginləşdirilmiş uran ehtiyatının azaldılması və uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması yer alır.

Üç ABŞ rəsmisinə görə Prezident Trampın bazar ertəsi yüksək səviyyəli milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə etmək üçün bir toplantı keçirməsi gözlənilir. Görüşdə danışıqlardakı vəiyyət və mümkün növbəti addımlar nəzərdən keçiriləcək.

Tramp Fox News-a verdiyi açıqlamada İranın neft ixracını məhdudlaşdıran dəniz blokadasının davam etməli olduğunu bildirərək, bunun Tehranın qısa müddətdə geri addım atmağa məcbur edə biləcəyini söyləyib.

Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçının həftəsonu Pakistanda apardığı görüşlərdə irəliləyiş əldə olunmadığı bildirilir. ABŞ tərəfi, Əraqçı ilə İslamabadda görüşməyi planlaşdıran xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin səfərini ləğv edib.

Əraqçının bazar ertəsi Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşcəyi gözlənildiyi də qeyd olunur.

Diplomatik mənbələrə görə İran, pakistanlı vasitəçilər vasitəsilə çatdırdığı yeni təklifində - əvvəlcə boğaz böhranının həllini, ardınca uzunmüddətli atəşkəs və ya daimi sülh sazişini nəzərdə tutur. Nüvə danışıqlarının isə yalnız bu mərhələdən sonra başlanması planlaşdırılır.

Ağ Evin təklifi aldığı, lakin ABŞ-nin bu təklifə necə cavab verəcəyinin hələlik aydın olmadığı qeyd olunur.

İş elanları AzVak.az-da

ABŞ İran təklifi Hörmüz boğazı böhranı İran ABŞ danışıqları Donald Tramp İran siyasəti İran nüvə danışıqları İran ABŞ münasibətləri Hörmüz boğazının açılması İran sülh təklifi İran neft ixracı blokadası ABŞ İran gərginliyi Tramp İran açıqlaması İran uran zənginləşdirmə mübahisəsi ABŞ milli təhlükəsizlik iclası İran Pakistan diplomatiyası Abbas Əraqçı Pakistan görüşü Vladimir Putin İran görüşü İran Rusiya münasibətləri ABŞ İran sanksiyaları Hörmüz boğazı geopolitika İran təklif Axios xəbəri
27.04.2026 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19