Azərbaycanın ən böyük bankı 32 milyon manatdan çox xalis mənfəət açıqladı
Aktivlərinin həcminə görə ölkəmizin ən böyük bankı olan, dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC 2021-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 41 milyon 395 min manat vergidən əvvəl mənfəətlə başa vurub. Bankın xalis mənfəəti isə 32 milyon 395 min manat olub.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 136 milyon 233 min manat təşkil edib. 2020-ci ilin yanvar-mart dövründə Bank 139 milyon 17 min manat əməliyyat gəlirləri əldə etmişdi.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 936 min manat və ya 14% artaraq 72 milyon 324 min manat təşkil edib. 2020-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat xərcləri 63 milyon 388 min manat təşkil etmişdi. Xərclərin artması inzibati və digər xərclərin artması ilə əlaqədardır.
2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi əməliyyat gəlirləri (136 milyon 233 min manat) cəmi əməliyyat xərclərini (72 milyon 324 min manat) üstələdiyindən Bankın 63 milyon 909 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 22 milyon 514 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və 9 milyon manat mənfəət vergisi ödənilib. Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” ilk rübü 32 milyon 395 min manat xalis mənfəətlə bağlayıb.
“Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin artması diqqəti çəkir. Belə ki, 2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 11,5% artaraq 67 milyon 306 min manat təşkil edib.
BANK BÖYÜYÜB, AKTİVLƏRİ 9 MİLYARD MANATI ÖTÜB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri 192 milyon 832 min manat və ya 2,1% artaraq 9 milyard 155 milyon 625 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 8 milyard 962 milyon 793 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 54 milyon 216 min manat və ya 2% artaraq 2 milyard 663 milyon 315 min manata çatıb. Bank ötən ilin sonunda 2 milyard 609 milyon 99 min manat kredit portfelinə malik idi.
İlk rübdə “Azərbaycan Beynəlxalq Bankı”nın biznes kreditləri portfeli 24 milyon 496 min manat artaraq 1 milyard 347 milyon 857 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 2 milyon 996 min manat artaraq 688 milyon 805 min manata yüksəlib.
İlk rübdə “Azərbaycan Beynəlxalq Bankı”nın ticarət və investisiya qiymətli kağızlara investisiyaları və digər banklarda yerləşdirdiyi depozitləri də artıb.
BANKDA DEPOZİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı”nda depozitlər 153 milyon 574 min manat və ya 2,8% artaraq 31 Mart 2021-ci il tarixində 5 milyard 703 milyon 151 min manat təşkil edib. Bankda fiziki şəxslərin (əhalinin) depozitləri 1 milyard 200 milyon manata yaxındır, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 4 milyard 500 milyon manatdan çoxdur.
31 mart 2021-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” tutulmalardan sonra 1 milyard 149 milyon 870 min manat məcmu kapitala malik olub.
Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı 29.68%, məcmu kapitalının adekvatlıq əmsalı 28.76% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 36 d. əvvəl
-
- 40 d. əvvəl
-
57 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
2 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















