“AFB Bank”ın xalis mənfəəti 1,7 dəfə artıb - SON MALİYYƏ VƏZİYYƏTİ
“AFB Bank” ASC 2021-ci ilin 1-ci rübünü 4 milyon 425 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Bank ötən ilin 1-ci rübünü 2 milyon 553 min manat xalis mənfəət bağlamışdı.
Marja xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri 7 milyon 61 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 64 min manat, əməliyyat mənfəəti 2 milyon 997 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 428 min manat mənfəətə əlavə edilib və mənfəət 4 milyon 425 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə AFB Bankın cəmi əməliyyat gəlirləri 9 milyon 564 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 904 min manat, əməliyyat mənfəəti 4 milyon 660 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 106 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından 2 milyon 553 min manat mənfəəti formalaşmışdı.
AFB Bankın 2020-ci ilin ilk rübündə faiz gəlirləri 7 milyon 213 min manat ikən 2021-ci ilin ilk rübündə 5 milyon 212 min manat, qeyri-faiz gəlirləri 2 milyon 351 min manat ikən bu il 1 milyon 849 min manat təşkil edib. Eyni zamanda, bank xərclərini azaltmağa nail olub. Belə ki, faiz xərcləri 449 min manatdan 419 min manata, qeyri-faiz xərcləri isə 4 milyon 456 min manatdan 3 milyon 646 min manata geriləyib.
AFB Bankın xərclərinin azalması və ehtiyatdan azad olmuş məbləğ xalis mənfəətinin artmasına səbəb olub.
31 Mart 2021-ci il tarixində "AFB Bank" 263 milyon 863 min manat cəmi aktivlərə, o cümlədən 167 milyon 540 min manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 281 milyon 426 min manat cəmi aktivlərə, o cümlədən 182 milyon 229 min manat kredit portfelinə malik idi.
Ötən ilin sonu ilə müqayisədə "AFB Bank"ın verdiyi daşınmaz əmlak kreditləri 2 milyon 149 min manat artaraq 43 milyon 191 min manata çatıb. Bankın biznes kreditləri portfeli isə 100 milyon manatdan çoxdur.
31 Mart 2021-ci il tarixində "AFB Bank" 80 milyon 235 min manat məcmu kapitala malik olub.
"AFB Bank"ın adekvatlıq əmsalları minimal normalardan dəfələrlə yüksəkdir. Belə ki, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə tələb olunan minimal norma 5% olduğu halda "AFB Bank"da fakt 53.66%, məcmu kapitalın adekvatlıq əmsalı üzrə minimal norma 10% olduğu halda "AFB Bank"da fakt 57.70%-dir. Faktiki normaların minimal tələblərdən yüksək olması "AFB Bank"ın risklərinin çox az olduğuna işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























