Sara Maykl: “Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq”
“Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı [neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı] nəzərə alsaq bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycan milli valyutası olan manatın və bank sektorunun real vəziyyətini şərh edərkən deyib.
S.Mayklın sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır:
“Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb.
Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır.
Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır.
Artıq hökumətin bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqladığını hesab edirəm. Dünya Bankı olaraq biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq.
Biz həmçinin Beynəlxalq Valyuta Fondundan (IMF) olan həmkarlarımızla birgə FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparırıq [2013-çü ildən] və bura bank sektorunun da bəzi aspektləri daxildir.
Beləliklə bu, dövlətin bank sektorunda mövcud olan bəzi problemlərin həlli üçün vastələrdən biri ola bilər”.
Qeyd edək ki, hazırda Azərbaycanda 26 kommersiya bankı mövcuddur. Ötən il 4 bankın ("AGBank", "Amrahbank", "AtaBank" və "NBCBank" ASC-lər) lisenziyası ləğv edilib. 2020-ci ildə bankların aktivlərinin həcmi 2,5 %, depozitlərin həcmi 4 %, fiziki şəxslərin əmanətləri isə 6,5 % artıb. Sektorun cəmi kapitalı isə 2020-ci il ərində 2,5 % artıb. Ölkədə fəaliyyət göstərən bankların əldə etdiyi cəmi mənfəəti 567,8 mln manat təşkil edib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
5 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 10 d. əvvəl
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb




















