“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Amerikanın əmək bazarı və xarici ticarətinə dair fundamental göstəricilərin müsbət açıqlanması, EURUSD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Bununla yanaşı, Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti davam edəcəyi ilə bağlı davamlı açıqlamaları da investorların avrodan çıxmalarına səbəb olur. Beləliklə, avro əlavə olaraq 1.17$-a kimi də ucuzlaşa bilər.
Bu həftə diqqət mərkəzində olan önəmli hadisələr arasında Amerikadan inflyasiya göstəricilərinin yayımlanması və “ECB”-nin faiz qərarının açıqlaması var.
GBP.
AB ilə İngiltərə arasında iqtisadi risklərin artması fonunda GBPUSD məzənnəsi də təzyiq altında qalmaqdadır. Burada isə təhlillərə əsasən, 1.39$-ın altında qalan funt sterlinq, 1.36$-a kimi ucuzlaşa bilər.
İngiltərədən də bu həftə sənaye, inkişaf, ticarətə dair göstəricilər açıqlanacaqdır və məzənnə üzrə ticarət aktivliyinin artması gözlənilir.
TRY.
TCMB-nin siyasətini sərtləşdirməməsi, USDTRY məzənnəsinin 2020-ci ilin son minimum səviyyəsinin üzərinə kimi bahalaşmasına səbəb olmuşdur.
Pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək göstəricilər də treydərlər tərəfindən böyük maraqla gözlənilməkdədir.
OIL.
“OPEC Plus”-un yanvar ayında hasilata tətbiq edilən məhdudiyyətlərə dair qərarını aprel ayı üçün də qüvvədə saxlaması, Brent neftinin 71$-a kimi dəyər qazanmasına səbəb olub. Lakin 71$-da korreksiyasının başlayacağı və qiymətin gələcək günlər ərzində 63 ilə aralıqda dalğalanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Mərkəzi bankların inflyasiya ilə bağlı son açıqlamaları, qızılın 2020-ci ilin orta qiymətlərində dalğalanmasına səbəb olur. Korreksiya dinamikası zəifləsə də 1660$-a (53.4 $/qram) kimi dərinləşə biləcəyi ehtimal edilir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 50 d. sonra
- 10 d. əvvəl
-
-
20 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
45 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
54 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 58 d. əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
























