Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SİMA həlləri WUF13-də təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SİMA həlləri WUF13-də təqdim edildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin nümayəndələri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF 13) çıxış ediblər.

AZCON Holding-in stendində təşkil olunan infosessiyalar çərçivəsində şirkət əməkdaşları rəqəmsal identifikasiya və ağıllı şəhər texnologiyalarına həsr olunmuş iki fərqli təqdimat nümayiş etdiriblər.

Forumun ikinci günündə keçirilən “Şəhər mühitində rəqəmsal identifikasiya: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması” mövzusunda infosessiyada müasir urbanizasiya şəraitində rəqəmsal həllərin yaratdığı imkanlardan bəhs olunub. Təqdimat zamanı vətəndaşların dövlət və özəl xidmətlərdən fiziki müraciət etmədən, tamamilə onlayn və təhlükəsiz şəkildə istifadə imkanlarının əhəmiyyəti vurğulanıb. Forumun beşinci günündə isə “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi” mövzusunda növbəti infosessiya baş tutub. Sessiyada ağıllı şəhər konsepsiyasının yalnız texnoloji infrastruktur və internetə bağlı cihazlarla məhdudlaşmadığı, ekosistemdə rəqəmsal etimadın vacibliyi vurğulanıb.

Hər iki infosessiya zamanı “AzInTelecom” tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının ağıllı şəhər ekosistemində və rəqəmsal identifikasiya sahəsində oynadığı rol müzakirə olunub. Təqdimatlarda SİMA vasitəsilə təhlükəsiz identifikasiya, məsafədən xidmətlərə çıxış və rəqəmsal imza imkanlarının şəhər xidmətlərinin daha əlçatan və etibarlı şəkildə təqdim edilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.

AzInTelecom MMC WUF 13 Bakı Ümumdünya Şəhərsalma Forumu 2026 AZCON Holding AzInTelecom təqdimatı SİMA Rəqəmsal Həllər Platforması SİMA İmza rəqəmsal identifikasiya ağıllı şəhər texnologiyaları ağıllı şəhər həlləri rəqəmsal xidmətlər Azərbaycanda onlayn dövlət xidmətləri təhlükəsiz rəqəmsal identifikasiya rəqəmsal etimad ağıllı şəhər ekosistemi SİMA ilə rəqəmsal xidmətlər AzInTelecom infosessiya WUF 13 infosessiya Bakıda beynəlxalq forum şəhərsalma forumu Bakı rəqəmsal transformasiya Azərbaycanda Azərbaycanda smart city layihələri Azərbaycanda rəqəmsal imza SİMA platforması nədir AzInTelecom xəbərləri AZCON Holding xəbərləri
22.05.2026 10:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19