"İnvest-AZ"ın mütəxəssisi Bakı Ali Neft Məktəbində master-klass keçib
“İnvest-AZ İnvestisiya Şirkəti”nin tədris üzrə meneceri, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda master-klass keçib.
Master-klass “Society of Business Management” cəmiyyəti, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə baş tutub.
Master-klass zamanı maraqlı məqamlara toxunan Rövşən Məmmədov BANM tələbələrinə maliyyə bazarları, birjalar və onun növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verib. O, eyni zamanda, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni və analitik təhlil üsulları barədə də danışıb.
Rövşən Məmmədov qeyd edib ki, maliyyə bazarının əsas tərkib elementlərindən biri olan fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
“Siz tələbələrin fond bazarının fəaliyyət prinsipləri xüsusiyyətlərinə dair geniş biliklərə yiyələnməyiniz gələcəkdə biznes idarəçiliyinin müxtəlif sferalarında sizin peşəkar kadr kimi yetişməyinizdə və fəaliyyətinizdə lazım olacaq” – deyə, o əlavə edib.
Master klass zamanı Rövşən Məmmədov MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və sessiya üçün yaradılmış şəraitə görə Ali Məktəb rəhbərliyinə təşəkkürünü bildirib. Sual-cavabda fəal iştirak edən tələbəyə, eyni zamanda BANM-in kitabxanasına "Maliyyə bazarlarının əlifbası" adlı kitab hədiyyə olunub.
Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez “Professional biznes müzakirələri” (“Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 40 d. əvvəl
-
-
50 d. əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
11 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti


























