970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Aqrar sığorta ildırım zərərini də qarşılayır

Fermerlər üçün vacib məlumat: ildırım zərərləri də sığortalanır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar sığorta ildırım zərərini də qarşılayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər ölkənin müxtəlif ərazilərində hava şəraitinin dəyişməsi, güclü yağıntılar, müxtəlif bölgələrdə şimşək və ildırımlarla müşayiət olunur.

Ötən həftə Qarabağ və respublikanın qərb rayonlarında ildırım vurması nəticəsində bəzi ərazilərdə yanğın halları baş verib. Nəticədə təsərrüfatlara və əkinlərə zərər dəyib.

Reklam_3_11

Aqrar Sığorta Fondu bildirir ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi əkin sahələrini dolu, fırtına, qasırğa, leysan, sel-subasma kimi təbiət hadisələri ilə yanaşı, yanğın, o cümlədən ildırım nəticəsində baş verən yanğın hallarından da sığortalamağa imkan verir.

Dövlətin sığorta haqqı üçün tətbiq etdiyi 50%-lik dəstək sayəsində fermerlər öz əkin sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Fermerə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlərdən əkin sahəsini sığorta etmək üçün cüzi ödəniş tələb olunur.

Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq məhsulu olan 1 hektarlıq taxıl sahəsinin illik sığortalanması fermerə 6,5-11 manat məbləğində başa gəlir.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin yaratdığı bu sərfəli imkandan istifadə etməyə, əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində (asf.gov.az) tanış ola bilərlər.

15.06.2026 14:28
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19