Səudiyyənin neft naziri: Hasilatı 1 milyon barel artırmağa razılaşdıq
Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) bir mənbə, OPEC nazirlərinin OPEC və OPEC-ə daxil olmayan ölkələrin İyuldan etibarən xam neft hasilatını gündəlik 1 milyon barrel artırmaq barədə bu gün prinsipdə razılaşdıqlarını söyləyib.
"Marja" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
OPEC mənbələrinin verdiyi məlumata görə, real istehsal artımı aşağı olacaq (600 min barel) və istehsal artımı nominal olacaq, çünki son dövrdə aşağı istehsal edən bəzi ölkələrin tam kvotalara qayıtmaq üçün çətinlik çəkəcəyi müddətdə, kəsirin digər istehsalçılar tərəfindən bağlanılmasına icazə verilməyəcək.
XXX
Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih, Cümə günkü OPEC iclasından sonra verdiyi açıqlamada "Hasilatı gündəlik 1 milyon barel artırmağa razılaşdıq",- deyib.
Qrup, neft qiymətlərindəki kəskin azalmadan bu yana ilk dəfə istehsal artımına gedəcək.
Növbəti OPEC kiclası 3 Dekabr tarixində keçiriləcək.
Qeyd edək ki, toplantı ərəfəsində Brent neftinin qiyməti 2,7% artaraq 75,06 dollara çatıb (saat 17:20-yə olan məlumat). Səbəb hasilatın artırılacağı barədə məlumatın öncədən qiymətlərdə əks olunmasıdır. Bazar gündəlik 600 min barellik artımı rahat "həzm" edəcək.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
XXX
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün Vyanada (Avstriya) keçirilən 174-cü iclasında gündəlik neft hasilatının həcminin 1 milyon barel artırılmasına qərar verdiyi bildirilir.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
OPEC üzvü və OPEC üzvü olmayan istehsalçıların bir araya gələcəyi günortadan sonrakı digər iclasda, 2016-nın Noyabr ayında razılaşdırılmış və 173-üncü iclasda daha 9 ay uzadılan neft istehsalının azaldılması müqaviləsi müzakirə olunacaq.
OPEC-in 2016-nın may ayında həyata keçirdiyi toplantıda, OPEC-in illik neft istehsalını gündəlik 1,2 milyon barrel, Rusiyanın da aralarında olduğu OPEC üzvü olmayan ölkələrin də hasilatlarını 600 min barel azaltması barədə razılığa gəlmişdilər (Cəmi gündəlik 1,8 milyon barel).
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 55 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















