Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib. Zədələnmələrə görə Karakasda beynəlxalq hava limanı bağlanıb.Venesuelada dağıdıcı zəlzələlər baş verib. ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.
Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Xidmətin qiymətləndirməsinə görə, zəlzələ nəticəsində çox sayda insan tələfatı və dağıntı ehtimalı yüksəkdir.
Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu barədə Reuters agentliyi respublika prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigesə istinadən məlumat yayıb.
Agentliyin sitat gətirdiyi Rodriges həmçinin zədələnmələr səbəbindən Karakasın Mayketiya beynəlxalq hava limanının bağlandığını açıqlayıb.
Venesuelada güclü zəlzələ dağıntıya və insan tələfatına səbəb olub, - ölkənin Daxili İşlər naziri Diosdado Kabelo Venezolana de Televisión kanalında bildirib.
Venesuelada zəlzələnin iqtisadi zərəri ölkənin ÜDM-nin 2%-dən 20%-dək ola bilər, -ABŞ Geoloji Xidməti bildirir.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 1 d. əvvəl
-
- 21 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir





















