“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı
(®) Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərmək öhdəliyini daşıyır. 2024-cü ilin oktyabr ayında keçirilmiş sertifikasiya auditi nəticəsində şirkətin üç beynəlxalq standart üzrə sertifikat uyğunluğu təsdiq edilib.
İlk standart ISO 27001:2013 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini təsdiq edir və təhlükəsizlik sistemini quraraq tətbiq edir. Gələn ildən şirkət bu sertifikatın daha sonrakı versiyası üçün müraciət edəcək.
Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi kimi tələblər bu standartdan irəli gəlir.
Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir.
“Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq “Azərlotereya”nın “Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)





