Bu imkandan real maliyyə çətinliyi yaşayan borclular yararlana biləcəklər - VİDEO
Vergi ödəyicisinin mövcud maliyyə vəziyyətini nəzərə alaraq, müəyyən tələblər daxilində onun borcunun ödənilmə müddəti uzadıla bilər.Məlum olduğu kimi, Nazirlər Kabinetinin 3 sentyabr 2024-cü il tarixli müvafiq qərarı ilə “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib.
Dövlət Vergi Xidmətinin video-materialında bildirilir ki, bu Qaydalar iqtisadiyyatda stimullaşdırıcı məqsəd daşımaqla, başlıca olaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasını və rəqabətədavamlı sahibkarlığın təşviqini özündə ehtiva edən mexanizmi müəyyən edir.
Təcrübədə bir sıra borclu vergi ödəyiciləri maliyyə çətinlikləri səbəbindən yaranmış borc öhdəliklərini vaxtında ödəyə bilmirlər. Bu zaman onlara müəyyən müddətdə möhlət verildiyi halda, bu onların vergi öhdəliyini yerinə yetirməsinə dəstək olur. Məhz bu cür hallarla bağlı, vergi qanunvericiliyində vergi ödəyicisinin mövcud maliyyə vəziyyətini nəzərə alaraq, müəyyən tələblər daxilində onun borcunun ödənilmə müddətinin uzadılmasını nəzərdə tutan müddəalar mövcuddur.
Belə ki, Vergi Məcəlləsinin 85.6-cı maddəsi ilə, borcun ödənilməsi müddətinin uzadılmasına əsas verən hallar müəyyən edilib ki, həmin hallardan biri də, vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmamasıdır. Bunun üçün də, qeyd olunan müraciətlərə baxılan zaman, vergi orqanı ilk növbədə, borclunun mövcud ödəmə qabiliyyətinin olub-olmamasını dəqiq müəyyən edə bilməlidir.
Məhz bu səbəbdən, qanunun verdiyi bu imkandan real maliyyə çətinliyi yaşayan borcluların yararlanması, həmçinin bu sahədə sui-istifadə hallarının qarşısının alınması üçün vahid mexanizmin təsdiq olunmasına zərurət var idi. Nazirlər Kabinetinin müvafiq qərarı bu prosesi tənzimləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








