“Unibank”ın biznes kredit portfelində ciddi artım qeydə alınıb
2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) “Unibank”ın biznes kredit portfelində ciddi artım qeydə alınıb.
Marja.az Banka istinadən xəbər verir ki, İlin ilk doqquz ayı ərzində Unibank biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Bankın biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb. Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36 % təşkil edib.
Biznes müştərilərinin “Unibank”ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsilə verilir.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarların hesablaşma kassa əməliyyatları üzrə 16.4 % artım qeydə alınıb. Sahibkar sayı 27.6 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 18.8 % olub. 2022-cü ilin üçüncü rübü ilə müqayisədə, bu ilin üçüncü rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 56.4 %-ə çatıb.
Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 29.58 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 29.13 %-ə çatıb.
Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 % artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, üçüncü rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.
Bankın kredit məhsulları ilə yanaşı depozit şərtlərinin sərfəli olması və sahibkarların banka yüksək etibarlılığı, hüquqi şəxslərin depozit qoyuluşu ilə bağlı müraciətlərinin də artmasına təkan verib. 9 ay ərzində hüquqi şəxslərin depozitləri 27,4 milyon manata yaxın, yaxud 12,5 % artaraq 245 milyon 726 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 26 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı






.jpg)











.jpg)


