Bakıda ilk dəfə “Səhiyyə Menecmenti Zirvəsi” keçiriləcək!
(®) Bu gün Azərbaycan səhiyyə sistemi dünya səhiyyə sisteminin bir parçası kimi rəqəmsal inqilab, iqlim dəyişikli və dayanıqlı həllərə ehtiyac fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Post-pandemiya dövrünün yaratdığı çətinliklərdən biri kimi əhalinin və ətraf mühitin dəyişən ehtiyaclarını qarşılamaq səhiyyə sisteminin yenidən transformasiyasına tələbi artırır, sahə mütəxəssislərindən strateji düşüncə və davamlı həllər tələb edir. Dəyişikliklərlə ayaqlaşmaq üçün səhiyyə sistemi və xidmətlərinin idarəedilməsində peşəkarların olması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, tibbi xidmətlərin təşkili ilk növbədə peşəsinin peşəkarı olan mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Mürəkkəb problemlərin innovativ həllərinin axtarışı, həyata keçirilən layihələr, dövlətin dayanıqlı inkişafı təmin edən proqramları, yüksək keyfiyyətli tibbi xidmət təşkil etmək səhiyyə sistemi üzrə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 16 noyabr 2023-cü il tarixində gerçəkləşəcək olan “Səhiyyə Menecmenti Zirvəsi”ndə panellər üzrə müzakirə olunacaq mövzular tibb müəssisələrinin rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafını, səhiyyə sistemi üzrə biznes proseslərin xüsusi alqoritm üzrə qurulmasını, idarəetmə potensialının gücləndirilməsini, kadr resurslarının inkişaf etdirilməsini, xidmət standartları çərçivələrinin yaradılmasını, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılmalı olan addımları və eyni zamanda ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək digər mövzuları özündə ehtiva edir.
Tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Ənənəvi üsullarla idarəetmə bəzən fərqli innovativ üsulları tətbiq etməyə imkan vermir, bu inteqrasiya istəyi adətən cəhd olaraq qalır. Müasir səhiyyə sisteminin idarəedilməsində bir sıra problemlər hələ də davam etməkdədir. İdarəetmə işi düzgün qurularsa, proseslərin idarə edilməsi də vahid sistem əsasında çalışar. Məhz bu səbəbdən, Zirvədə “Fərq yaradır” konsept mesajı ilə özəl sektorun Azərbaycanda yayılma vəziyyəti, dövlət və özəl tibb müəssisələri arasında effektiv kommunikasiya, özəl və dövlət sektorunda tibb müəssisələrinin idarəetməsində olan fərqlər müzakirə olunacaq.
Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə “Fərq Yaradır” şüarı altında öz sahəsinin 400-dək rəhbər və idarəedici, qərarverici şəxslərinin iştirakı ilə keçiriləcəkdir. “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə keçiriləcək “Səhiyyə Menecmenti Zirvəsi”ndə özəl və dövlət tibb müəssisələrinin rəhbərləri, icraçı direktorları, baş həkimləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə səhiyyə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.
Zirvə haqqında ətraflı məlumatı www.hmsbaku.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/hmsbaku
İnstaqram: https://www.instagram.com/hmsbaku
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
6 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















