Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Sülh danışıqlarında çıxılmaz vəziyyət davam edərkən ABŞ Prezidenti Donald Trampın İranın “hərəkətə keçməsi lazım olduğu” ilə bağlı xəbərdarlığı və mütəxəssislərin rekord səviyyədə aşağı neft ehtiyatlarına diqqət çəkməsi neft qiymətlərinin artmasına səbəb olur.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 2%-ə yaxın artaraq bareli 111,42 dollara yüksəlib. İyun ayı üzrə ABŞ xam neftinin (WTI) qiyməti isə 2,43 faiz artaraq bir barelinin qiyməti 107,98 dollara çatıb.
Trampın həftəsonu İrana etdiyi xəbərdarlıq, Vaşinqton ilə Tehran arasında sülh sazişi və Hörmüz boğazının yenidən açılması məsələlərində yaranmış çıxılmaz vəziyyətin silahlı toqquşmaların yenidən başlamasına səbəb ola biləcəyi siqnalını verib.
Tramp bazar günü "Truth Social" hesabından etdiyi paylaşımda “İran üçün saat işləyir və onların sürətlə hərəkət etməsi lazımdır, əks halda geriyə heç nə qalmayacaq” ifadələrini işlədərək, “ZAMAN ÇOX KRİTİKDİR!” deyib.
Aprel ayında kövrək bir atəşkəs əldə olunsa da, İran ilə ABŞ arasında gərginlik davam edir. Tehran rəhbərliyi Hörmüz boğazını bağlı saxlayarkən, Tramp administrasiyası da İran limanlarına qarşı blokadasını davam etdirir.
Beynəlxalq Enerji Agentliyinin (UEA) yayımladığı son aylıq hesabatda Hörmüz boğazının bağlı qalmağa davam etməsi səbəbindən qlobal neft ehtiyatlarının rekord sürətlə azaldığı barədə xəbərdarlıq edilib. UEA bildirib: “Davam edən fasilələr və sürətlə azalan ehtiyatlar gələcəkdə yeni qiymət sıçrayışlarının xəbərçisi ola bilər.”
UBS bankının ötən həftə yayımladığı hesabata görə, neftə tələbat mövcud səviyyədə qalarsa, qlobal ehtiyatlar mayın sonuna qədər 7,6 milyard barelə düşərək bütün dövrlərin ən aşağı səviyyələrinə yaxınlaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 43 d. əvvəl
- 45 d. əvvəl
-
54 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






