"İpək Yolu Sığorta" yığımlarında kəskin azalmanın səbəbini açıqlayıb
Hava nəqliyyatı vasitələrinin sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta" şirkətinin yığımları bu ilin yanvar ayında kəskin azalıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sığorta şirkətinin yığımları ötən ilin yanvar ayı ilə müqayisədə 9,8 dəfə və ya 4,6 milyon manat azalaraq 524 min manata enib.
Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkəti 5,1 milyon manat sığorta haqqı toplaya bilmişdi. Sığorta yığımlarının kəskin azalmasına baxmayaraq "İpək Yolu Sığorta"nın zərərlilik göstəricisi çox aşağıdır -2,8%. Buna səbəb sığorta ödənişlərinin çox az olmasıdır. Sığorta şirkəti bu ilin yanvar ayında 15 min manat sığorta ödənişi həyata keçirib. Ötən ilin ilk ayında isə bu rəqəm cəmi min manat olub.
"İpək Yolu Sığorta"dan sığorta yığımlarının kəskin azalmasına aydınlıq gətirilib. "Buna səbəb təyyarələrlə bağlı sığorta müqavilələrinin müddətinin 6 aydan 1 ilə kimi artırılmasıdır. Belə ki, hər il bağlanan sığorta müqavilələri yanvar-iyun aylarını əhatə edirdisə, bu il iyul ayında 1 illik müqavilə imzalanıb. Bu isə sığorta yığımları ilə bağlı statistikaya təsir edib",- deyə sığorta şirkətindən bildirilib.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
42 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
46 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)










.jpg)

