Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu

Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan "Təzə Bazar" ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.
AzVak-mobil_resmin_ustu_31
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

WUF13 çərçivəsində "Ginza Project" və "PMD Group" tərəfindən "Təzə Bazar"ın gələcək konsepti təqdim olunub.

Təqdimatda "PMD Group"un Biznesin İnkişafı üzrə rəhbəri Kamil Əliyev, "Ginza Project"in kreativ direktoru və nümayəndəsi Olga Kukoba və PMD Group-un Biznesin İnkişafı üzrə meneceri Yaşar Novruzov çıxış ediblər.

Çıxışlar zamanı "Təzə Bazar"ın şəhər həyatındakı tarixi rolu, yeni konseptin formalaşmasına təsir edən əsas amillər və layihənin gələcək funksionallığı barədə məlumat verilib.

Bildirildib ki, "Təzə Bazar" yalnız ticarət məkanı kimi deyil, həm də şəhər sakinləri və qonaqlar üçün sosial, mədəni və ictimai həyatın bir hissəsinə çevriləcək müasir ictimai məkan kimi yenidən formalaşdırılır. Yeni konseptin hazırlanmasında mehmanxanalar, bazarlar, restoran və ictimai iaşə konseptlərinin yaradılması sahəsində təcrübəyə malik "Ginza Project"in yanaşması nəzərə alınır. Bu əməkdaşlıq layihəyə müasir qonaqpərvərlik, xidmət keyfiyyəti və istifadəçi təcrübəsi baxımından əlavə dəyər qatır.

Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan "Təzə Bazar" ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.

"Təzə Bazar" konseptində əsas diqqət yalnız funksionallığa deyil, həm də ziyarətçi təcrübəsinə yönəldilib. Məkan gündəlik alış-veriş, qastronomik təcrübə, ailəvi istirahət, yerli məhsulların təqdimatı və ictimai qarşılıqlı əlaqə üçün açıq şəhər platforması kimi nəzərdə tutulur.

Layihə Bakının cari şəhərsalma inkişafına töhfə verməklə yanaşı, ənənəvi bazar mədəniyyətinin dinamik və müasir həyatın tələbləri ilə ayaqlaşan bir məkanın yaradılmasını hədəfləyir.

İş elanları AzVak.az-da

Təzə Bazar yeni konsept açar sözlər Təzə Bazar layihəsi WUF13 Bakı Ginza Project Təzə Bazar yenidənqurma PMD Group Təzə Bazar konsepti Bakı şəhərsalma layihələri müasir bazar konsepti Bakı ictimai məkan Təzə Bazar food hall Təzə Bazar restoran zonası Təzə Bazar avtodayanacaq Ginza Project Bakı WUF13 tədbiri Bakı bazar layihələri Təzə Bazar açılış Bakı yeni layihələr şəhər inkişafı Azərbaycan Təzə Bazar 2028 PMD Group layihələri Bakı ticarət məkanları Təzə Bazar yenilənir müasir şəhər infrastrukturu
22.05.2026 16:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19