Azərbaycanda tam yeni konseptdə mağazalar şəbəkəsi - İLK FİLİALI AÇILDI
Fevralın 14-də Bakı şəhəri Qala qəsəbəsi, Zeytun Savxozu 3 küçəsi 126H ünvanında ölkədə tam yeni konseptdə fəaliyyət göstərən və "Aqrar İnnovasiya və Təchizat Şirkətinə" məxsus “Amart” şəbəkəsinin ilk mağazasının açılıb.
Marja şirkətə istinadən xəbər verir ki, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, “Aqrar İnnovasiya və Təchizat Şirkətinin”, eləcə də tərəfdaş şirkətlərin rəhbər və işçi heyəti, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.
Şirkət rəsmilərinin verdiyi məlumata görə, “Amart” bu günədək fəaliyyət göstərən mağaza şəbəkələrindən öz yeni konsepsiyası ilə fərqlənir. Belə ki, “Amart” mağazalarında inşaat, xırdavat və digər təsərrüfat malları ilə yanaşı həm də ailə təsərrüfatları və digər kənd təsərrüfatı subyektlərinin ehtiyaclarını tam şəkildə təmin edə biləcək aqrokimyəvi vasitələr, toxum və tinglər, suvarma və istixana sistemləri, heyvandarlıq texnikası, yemlər və yem əlavələri və s. vətəndaşlarımıza təqdim edilir.
“Amartın” fəaliyyəti bununla da məhdudlaşmır. Respublikamızın regionlarında açılacaq şəbəkənin orta və böyük ölçülü mağazalarında kənd təsərrüfatı ilə məşğul olan müştərilərə aqronom məsləhəti xidmətləri, aqrar kreditlər, aqrotexniki vasitələrin satışı və s. xidmətlərin təşkili nəzərdə tutulur. Bununla da “Amart” öz müştərilərinə təsərrüfat ehtiyaclarını təmin edə bilmələri üçün 360 dərəcə xidmət göstərməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












