Qoldman: Zəlzələnin Türkiyəyə xərci ÜDM-nin 1%-indən az ola bilər
Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları qeyd ediblər ki, zəlzələlərin Türkiyənin infrastrukturuna və ümumi iqtisadiyyatına dəyən zərəri müəyyənləşdirmək hələ tezdir, lakin əvvəlki zəlzələlərdən əldə edilən məlumatlara əsasən demək olar ki, iqtisadi artıma təsiri kiçik ola bilər.Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları tərəfindən hesabat hazırlanıb.
Marja xəbər verir ki, hesabatda bildirilir:
“1999-cu il Mərmərə zəlzələsi indiki zəlzələdən üç dəfə çox olan bir bölgəyə təsir etdi. Akademik araşdırma həmin zəlzələnin xərcinin (təsirinin) ümumi daxili məhsulun (ÜDM) 1,2 faizini təşkil etdiyini ortaya qoydu. Bu nəticələri və regionun ölkənin iqtisadi artımdakı payını nəzərə alaraq hesablayırıq ki, ötən həftə baş verən zəlzələnin ÜDM-ə təsiri 1 faizdən xeyli aşağı ola bilər".
Türkiyə iqtisadiyyatının həcmi təxminən 900 milyard dollar civarındadır.
Hesabatda, ölkənin yardım və yenidənqurma işlərini təşkil etmək gücü olduğu müddətdə zəlzələnin iqtisadi artıma təsirinin uzunmüddətli perspektivdə görüləcəyi təxmin edilir.
“Keçmişdə oxşar sarsıntılara verilən reaksiyalara əsaslansaq, Türkiyənin institusional imkanlarının cavab vermək üçün kifayət etməyəcəyini düşünmək üçün heç bir əsas görmürük”, - deyə hesabatda qeyd olunub.
Risklər varsa, onlar daha çox maliyyələşdirmə tərəfinə aiddir. Türkiyənin xarici resurslara çıxışı B bazar maliyyələşdirmə reytinqinə malik ölkə kimi məhduddur. Həmçinin bu il çox kritik bir seçki nəzərdə tutulur. Buna görə də, zəlzələnin təsirini yumşaltmaq üçün həm dövlət maliyyəsi, həm də özəl sektorun yardımı mühüm əhəmiyyət kəsb edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

