"S&P" Azərbaycanın bank sektoru üzrə riskləri yenidən qiymətləndirib
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib.
Bu barədə Agentliyin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. "S&P Global Ratings" bu sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə yenidən 9 balla qiymətləndirib.
Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək olaraq saxlayıb. "S&P" ötən ilin noyabr qiymətləndirməsində olduğu kimi sənaye trendləri üzrə institusional çərçivə riskləri son dərəcə yüksək, rəqabət dinamikası ilə bağlı riskləri yüksək və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə çox yüksək olaraq müəyyən edilib. İqtisadiyyatda kredit risklərini isə son dərəcə yüksəkdən çox yüksəyə endirib.
Qeyd edək ki, Agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.
Xatırladaq ki, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında Azərbaycan Gürcüstan, Ermənistan və Özbəkistandan aşağıda, Qazaxıstandan isə öndə yer alıb.
S&P: Bu il Azərbaycan banklarının əməliyyat xərcləri 10% artacaq
Bu il Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların əməliyyat xərcləri 10%-dən çox artacaq.
"S&P"yə görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların əməliyyat xərclərinin artmasına əsas səbəb davamlı yüksək inflyasiya, rəqəmsallaşmaya əhəmiyyətli investisiyaların davam etməsi, marketinq xərcləri tələb edən yüksək rəqabətdir.
Bildirilib ki, 2023-cü il informasiya texnologiyaları ilə bağlı xərclər ehtimal ki, regiondakı bankların ümumi əməliyyat xərclərinin orta hesabla 15-17%-ni təşkil edəcək. "Müvafiq olaraq, bura İT mütəxəssislərinin işə götürülməsi, proqram təminatı və avadanlıqlara investisiyalar, İT təchizatçılarına və məsləhətçilərə ödənişlər, məlumatların qorunması və kibertəhlükəsizlik xərcləri daxildir" - deyə "S&P" bildirib.
Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Agentlik bu il üzrə real ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 0% müəyyən edilib. Başqa sözlə, "S&P Global Ratings" aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,5% azaldıb.
Agentlik 2023 və 2024-cü illərdə isə Azərbaycanda real ÜDM-in artımını 1,5% civarında proqnozlaşdırıb.
Yəni, "S&P" 2024-cü il proqnozu dəyişməsə də, 2025-ci il üzrə proqnozunu 0,5% bəndi artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)







.jpg)



