AFB Bank əmanət gəlirlərinə tətbiq edilən 10%-lik vergini özü ödəyəcək
AFB Bank 01 fevral-01 may tarixlərini əhatə edən “Əmanət vergisini biz ödəyirik!” kampaniyası təqdim edir. Kampaniya çərçivəsində “Müddətli əmanət” məhsulu üzrə bankda depozit yerləşdirmiş fiziki şəxslərin 10%-li gəlir vergisi bank tərəfindən ödəniləcək.
“Əmanət vergisini biz ödəyirik!” kampaniyasının məqsədi Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən əmanət faizləri və digər gəlirlərlə əlaqədar vergidən azadolmanın 1 fevral tarixindən etibarən qüvvədən düşməsini nəzərə alıb əmanət cəlbini stimullaşdırmaqdır.
Kampaniya şərtlərinə əsasən kampaniya dövründə müştərinin əmanətini hansı müddətə yerləşdirməsindən asılı olmayaraq ilk bir il ərzində hesablanmış əmanət faizi üzrə gəlir vergisi bank tərəfindən ödəniləcək. Bu şərtlər yalnız manatla yerləşdirilmiş əmanətlərə şamil edilir. Qeyd edək ki, kampaniyanın yaratdığı imkanlardan AFB Bankda 1 fevral tarixindən etibarən “Müddətli əmanət” üzrə depozit yerləşdirmiş şəxslər faydalana bilər.
AFB Bankda müddətli əmanət şərtləri ilə əlaqəli linkdə detallı məlumat ala bilərsiniz: https://afb.az/muddetli-emanet
Daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Xatırladaq ki, ölkənin daima inkişaf edən banklarından biri olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















