Amazon 2022-ci ildə zərər edib
Şirkətin satışları isə proqnozu üstələyib.Amazon şirkəti 2022-nin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Amerikanın elektron ticarət nəhəngi Amazon-un satışları ötən ilin son rübündə bazar gözləntilərini üstələyib.
Amazon-un keçən ilin 4-cü rübündəki gəliri 2021-ci ilin ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 149,2 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin son rübündə satışları 137,4 milyard dollar olaraq qeydə alınmışdı.
Keçən ilin son rübündə şirkətin satışları 145,4 milyard dollarlıq bazar proqnozunu üstələyib.
Amazon-un satışları bütün 2022-ci ildə 2021-ci ilə nisbətən 9 faiz artaraq 514 milyard dollara yüksəlib. Şirkətin 2021-ci ildə satışları 469,8 milyard dollar təşkil etmişdi.
2022-ci ilin dördüncü rübündə şirkətin xalis mənfəəti 300 milyon dollar olaraq qeydə alınıb. Amazon-un 2021-ci ilin dördüncü rübündə xalis mənfəəti 14,3 milyard dollar olmuşdu. Şirkətin 2021-ci ilin dördüncü rübündə 1,39 dollar olan səhm üzrə qazancı ötən ilin eyni dövründə 3 sentə düşüb.
Elektron ticarət nəhəngi 2022-ci ildə 2,7 milyard dollar zərər edib. Amazon 2021-ci ildə 33,4 milyard dollar mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





