970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Təbriz küçəsi də yenilənir

Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Təbriz küçəsi də yenilənir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.

Marja Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır.

Reklam_3_11

Aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir.

Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın və piyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.

Mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

İş elanları AzVak.az-da

Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.

Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.

Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə formalaşdırılacaq.

Təbriz küçəsi Təbriz küçəsində yenidənqurma Təbriz küçəsində nəqliyyat infrastrukturu Bakı nəqliyyat infrastrukturu AYNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi piyada infrastrukturu ictimai nəqliyyat infrastrukturu mikromobillik infrastrukturu Bakı şəhərində nəqliyyat layihəsi Nəriman Nərimanov metrosu Nərimanov metrosu ətrafı avtobus mübadilə mərkəzi kiçik mübadilə mərkəzi yeni piyada keçidləri piyada keçidlərinin təşkili təhlükəsiz piyada keçidləri kəsintisiz piyada mühiti səkilərin genişləndirilməsi Bakı Konqres Mərkəzi Təbriz küçəsində piyada təhlükəsizliyi ictimai nəqliyyata əlçatanlıq şəhər mobilliyi müasir şəhər mobilliyi nəqliyyat axınının tənzimlənməsi yol hərəkətinin təşkili parklanma sahəsi
08.06.2026 12:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19