Dövlət Neft Fondu son 10 ildə ilk dəfə investisiya portfeli üzrə zərər edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu son 10 ildə (2013 - 2022-ci illər ərzindıə) ilk dəfə investisiya portfeli üzrə zərər ilə üzləşib.
Marja.az ADRNF-nin 2022-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına istinadən xəbər verir ki, ötən il Fond investisiya portfeli üzrə 5,16% zərər edib. 2021-ci ildə ARDNF-in investisiya portfeli üzrə gəlirliliyi 4,49% təşkil etmişdi. Son 10 ildə ən böyük nisbətdə gəlirlilik 2019-cu ildə 5,29% olaraq qeydə alınmışdı.
2022-ci ildə ARDNF istiqrazlar və pul bazarları alətləri üzrə 2,37%, səhmlər üzrə 3,34% zərər edib, daşınmaz əmlak investisiyaları üzrə 0,55% gəlir əldə edib.
"2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 milyard 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir",- ARDNF bildirib.
31 Dekabr 2022-ci il tarixində Fondun investisiya portfeli 49 milyard 33 milyon dollar təşkil edib.
2022-ci il dekabrın 31-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə nisbətən 8.9% və ya 4 milyard 8,5 milyin dollar artaraq 49 milyard 33,6 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin əvvəlində ARDNF 45 milyard 25,1 milyon ABŞ dolları aktivlərə malik idi. Aktivlərin artması neft və qaz sazişlərinin həyata keçirilməsi üzrə gəlirlər ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














