Urals neftinin orta qiyməti 60 dollarlıq qiymət tavanından aşağı düşüb
Dekabrda Urals neftinin orta qiyməti dekabrın 5-də Qərb ölkələri tərəfindən Rusiya neftinin təqdim etdiyi 60 dollarlıq qiymət tavanından aşağı düşüb.Rusiyanın əsas ixrac brendi olan Urals neftinin 2022-ci ildə orta qiyməti 2021-ci illə müqayisədə 10,3% artaraq 76,09 dollar/barel təşkil edib. Lakin ötən ilin dekabrında 2021-ci ilin dekabr ayı ilə müqayisədə 30,6% azalaraq 50,47 dollar/barelə düşüb.
Marja xəbər verir ki, bu barədə Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumat yayıb.
“Urals markalı neftin orta qiyməti 2022-ci ilin yanvar-dekabr aylarında bir barel üçün 76,09 dollar təşkil edib. 2021-ci ilin yanvar-dekabr aylarında orta qiymət 69,0 dollar/barel təşkil etmişdi. Urals markalı neftin orta qiyməti ötən il ərzində 10,3% artıb”, - Nazirliyin Telegram kanalında deyilir.
2022-ci ilin dekabrında Urals neftinin orta qiyməti bir barel üçün 50,47 dollar təşkil edib. Bu, 2021-ci ilin dekabr ayı ilə (72,71 dollar) müqayisədə 30,6% aşağıdır.
Beləliklə, dekabrda Urals neftinin orta qiyməti dekabrın 5-də Qərb ölkələri tərəfindən Rusiya neftinə tətbiq edilən 60 dollarlıq qiymət tavanından aşağı düşüb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 18 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
4 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi




















