Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Fevral ayının 1-nə Azərbaycanda qeydiyyatda olan 205 min 104 şirkətin (kommersiya qurumunun) 136 min 808-nin vəziyyəti aktiv, 68 min 296-sının (33,3%-nin) vəziyyəti passiv (dayandırılmış) olub. Başqa sözlə, Azərbaycanda dövlət qeydiyyatına alınmış hər 3 şirkətdən (kommersiya qurumundan) 1-i faktiki fəaliyyət göstərmir.2026-cı ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 682 min 901 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,4 faiz artıb.
Marja.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 min 104 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz çoxdur.
2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 faizi yerli investisiyalı, 10,4 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,6 faiz təşkil edib.
2026-cı ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Fevral ayının 1-nə qeydiyyatda olan 136 min 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 faiz artıb.
Məlumatdan aydın olur ki, 2026-cı ilin Fevral ayının 1-nə Azərbaycanda qeydiyyatda olan 205 min 104 şirkətin (kommersiya qurumunun) 136 min 808-nin vəziyyəti aktiv, 68 min 296-sının (33,3%-nin) vəziyyəti passiv (dayandırılmış) olub. Başqa sözlə, Azərbaycanda dövlət qeydiyyatına alınmış hər 3 şirkətdən (kommersiya qurumundan) 1-i faktiki fəaliyyət göstərmir.
Qeyd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:
Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;
Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;
Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
- 7 d. əvvəl
-
23 d. əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
39 d. əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
- 40 d. əvvəl
-
42 d. əvvəl
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
- 49 d. əvvəl
-
51 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 51 d. əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
























