Dekabrın 17-də təxirə salınmış reyslərin sərnişinləri bu gün yola düşəcəklər
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda deyilir:
- Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər;
- Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
"Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








