2023-cü il üçün neft qiyməti proqnozları aşağı salındı
Goldman Sachs analitikləri 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozlarını azaldıbQlobal investisiya bankı Goldman Sachs 2023-cü il üçün neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb. Bank hesab edir ki, gələn ilin əvvəlində təklif artıqlığı yarana bilər və bu da qiymətlərin yüksəlməsinin qarşısını alacaq.
Marja xəbər verir ki, Goldman 2023-cü ilin 1-ci və 2-ci rüblərində Brent üçün qiymət proqnozlarını 115 və 105 dollar/bareldən müvafiq olaraq 90 və 95 dollar/barelə endirib.
Çində tələb əvvəllər gözləniləndən daha zəif olduğu, Rusiyadan neft ixracı Ukraynada münaqişədən əvvəlki səviyyəyə yaxın qaldığı, Qazaxıstan və Nigeriyada tədarük çətinlikləri azaldığı üçün bu qış qiymət artımı riskləri azalıb.
Bank cari rübün sonuna qədər neft bazarında sutkada 1,6 milyon barel profisit olacağını gözləyir. Gələn ilin 1-ci rübündə tələbatın mövsümi azalması səbəbindən profisit sutkada 1,3 milyon barel ola bilər.
Eyni zamanda, Çin iqtisadiyyatının açılması və beynəlxalq nəqliyyatın bərpası fonunda 2023-cü ildə qlobal tələbat sutkada 2 milyon barel arta bilər.
Bank hesab edir ki, 2023-cü ildə Brent markalı neftin orta qiyməti 98 dollar/barel, WTI markalı neftin orta qiyməti isə 92 dollar/barel ola bilər. Əvvəlki proqnozda Brent və WTI neftinin orta qiymətlərinin gələn il müvafiq olaraq 110 və 105 dollar/barelə çatacağı güman edilirdi.
Gələn ilin son iki rübündə Brent neftinin qiyməti bir barel üçün 100-105 dollara qədər yüksələ bilər ki, bu da əvvəlki təxmindən (110 dollar/barel) aşağıdır.
Goldman 2024-cü ildə Brent markalı neftin orta qiymətinin bir barel üçün 105 dollar, WTI markalı neftin isə 99 dollar/barel olacağını proqnozlaşdırır.
Cari rübün ötən dövründə Brent markalı neftin qiyməti təxminən 6% düşüb. Kotirovkalar martda 139 dollar/barel olan zirvədən isə 40%-dən çox geriləyib.
"Qiymətlərin son enişinə baxmayaraq, 2022-ci ildə əmtəələr bütün aktiv sinifləri arasında ən yaxşı gəliri göstərə bilər", - Goldman Sachs bildirib.
Bank əmtəələrin kotirovkalarının dinamikasını izləyən S&P GSCI TR indeksinin 2022-ci ildə 23%, 2023-cü ildə isə 43% arta biləcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. sonra
-
15 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 16 d. əvvəl
-
-
23 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
29 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
41 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 45 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























