"PAŞA Bank" və “Trendyol”un əsas təşkilatçılığı ilə konfrans keçiriləcək
Azərbaycanda elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” konfransı keçiriləcəkAzərbaycanda dekabr ayının 16-da elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək.
Konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcəklər. Tədbir PAŞA Bank və Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq.
Qeyd edək ki, tədbirin təşkilati dəstəkçiləri sırasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı da var.
Beynəxlalq konfrans müddətində 10-dan artıq yerli və xarici spiker “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” mövzusunda panel müzakirələrdə danışacaq. Həmçinin “Dünyada e-ticarət tendensiyaları və uğur üçün məsləhətlər”, “E-ticarətdə dönüşüm nisbətini necə artırmaq olar?”, “Fərdi marketinq konsepsiyası”, “Elektron ticarətdə əsas gəlir amilləri” mövzuları müzakirə olunacaq.
Tədbir təşkilatçıları bildirirlər ki, konfransda iştirakçılar şəbəkə qurmaq, əlaqələrini inkişaf etdirmək üçün əla fürsət qazanmış olacaqlar. “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans haqqında bütün məlumatları https://www.ecomazerbaijan.com internet səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

