970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank Naxçıvandakı sahibkarlara dəstək göstərib

AzVak-mobil_resmin_ustu_31
Kapital Bank Naxçıvandakı sahibkarlara dəstək göstərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Xəbər verdiyimiz kimi, 2020-ci ildən başlayaraq Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir.

Belə ki, bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Layihə çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən artıq işsiz, əlil, qazi, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib. Artıq Naxçıvanda yaşayan vətəndaşlara da bank tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olan avadanlıqlar təqdim edilib. 

Qeyd edək ki, bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.

Kapital Bank Naxçıvan sahibkarlar özünüməşğulluq
09.12.2022 11:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19